Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu

Qobustan Dövlət Tarixi-bədii qoruğuna səyahət - FOTOLAR

Baxılıb: 2267     Tarix: 17-05-2018 21:33   
Qobustan Dövlət Tarixi-bədii qoruğuna səyahət - FOTOLAR


Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi Qobustan Dövlət Tarixi-bədii qoruğuna səyahət təşkil edilib

Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi, Sumqayıt şəhər Diyarşünaslıq klubu və S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsinin birgə təşəbbüsü ilə Qobustan Dövlət Tarixi-bədii qoruğuna səyahət təşkil edilib.

18 may muzeylər günü münasibətilə təşkil olunan səyahətdə Sumqayıt şəhər Diyarşünaslıq klubunun dərnək və kurs üzvləri və S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsində faəliiyət göstərən Sabir Sarvan adına uşaq poeziya klubunun üzvləri iştirak ediblər.

Səyahət zamanı ziyarətçilər qoruqda yerləşən Mezolit (orta daş dövrü) abidələri, Qobustan muzeyi, Böyükdaş dağının yuxarı səkisində “Ana zağa”, “Öküzlər”, “Ovçular” və s. mağaralar, müxtəlif dövrlərə aid petroqliflərlə tanış olublar.

Eləcə də bələdçilər tərəfindən ziyarətçilərə muzey binasında qayaüstü təsvirlər, Qobustan abidələri, arxeoloji eksponatlar, qavaldaş, su çuxurları haqqında geniş məlumat verilib. Həmçinin ziyarətçilər Roma yazısı, tunc dövrü abidəsi və “Dairə” yaşayış yeri haqqında da məlumatlanıblar.

Qeyd edək ki, səyahətin təşkil olunmasında məqsəd gənclərin və uşaqların diqqətini abidələrin və tarixi yerlərin təbliğinə və qorunmasına yönəltməkdir.

Sumqayitfakt.Az












Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər