Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Ən çox oxunanlar
Sorğu

Az bal yığdığı üçün intihar edən Pənahla bağlı ŞOK FAKTLAR – VİDEO

Baxılıb: 3662     Tarix: 15-05-2018 11:37   
Az bal yığdığı üçün intihar edən Pənahla bağlı ŞOK FAKTLAR – VİDEO


Mayın 13-ü qəbul imtahanından çıxandan sonra gecə saatlarında özünü yaşadığı binanın 4-cü mərtəbəsindən ataraq intihar edən 17 yaşlı Pənah Quliyevin atası Mərkəz Quliyevin ötən ay qətlə yetirildiyi məlum olub.


Sumqayitfakt.Az-ın qafqazinfo-ya istinadən əldə etdiyi məlumata görə, onu öldürən isə öz qohumu, bacısının əri Məmmədov Eldar Mayor oğlu olub.

Belə ki, M. Quliyev bu evlilikdən öncə də bir dəfə ailə həyatı qurub. Həmin vaxt bir oğlu olub, uşaq isə 12 yaşında xəstəlikdən vəfat edib. İkinci evliliyindən isə Pənah dünyaya gəlib. Pənahın 6 yaşı olanda Mərkəz Quliyev işləmək, pul qazanmaq üçün Rusiyaya gedib və daha geri qayıtmayıb. Bir müddət əvvəl isə Bakıda yeznesi Eldar Məmmədovun adına özü üçün mənzil alıb.

Bütün bunları “Qafqazinfo”ya P.Quliyevin dayısı Nurlan Bayramov təsdiqləyib. O bildirib ki, E.Məmmədov daha sonra Mərkəzdən külli miqdarda borc pul alıb.

M.Quliyev bir müddət əvvəl isə Bakıya qayıdıb və E.Məmmədovdan evi onun adına keçirməsini istəyib. Yeznəsi isə ona şərt qoyub: əgər ona olan borcunu tam silərsə, evi geri qaytaracaq. Bir ara mübahisədən sonra Mərkəz onunla razılaşır və aprelin əvvəlində ikisi də sənədlərini götürərək Binəqədi rayon Məhkəməsinə yola düşüblər. Məhkəmə binasına yaxınlaşanda Eldar Məmmədov əvvəldən özü ilə götürdüyü çəkiclə arxadan Mərkəz Quliyevin başından zərbə endirib. O, huşunu itirərək yerə yıxılıb. N.Bayramovun sözlərinə görə, E.Məmmədov yerdə uzanılı vəziyyətdə olan M.Quliyevə daha 9 zərbə endirib. Bundan sonra yaxındakı adamların köməkliyi ilə M.Quliyev xəstəxanaya yerləşdirilib.

Bu hadisələr baş verərkən isə Pənah hələ də atasını görə bilməmişdi. M.Quliyev Rusiyadan qayıtsa da “Pənahın qarşısına çıxmağa üzüm yoxdur” deyib və onunla görüşə bilməyib. Atası xəstəxanaya yerləşdirildikdən sonra bu barədə Pənaha məlumat verilib və o, 11 ildən sonra atasını ilk dəfə komada görə bilib. Bir neçə gün sonra, aprelin 17-də M.Quliyev komadan ayılmayaraq vəfat edib.

M.Quliyevin yeznəsi Eldarın adına aldığı mənzilin qiyməti təxminən 120-130 min manat olub. Onlar sonuncu məhkəmə prosesində iştirak edə bilmədikləri üçün ev yenə də Eldarın adında qalıb. Bu dəfə məhkəmədən ailəyə bildirilib ki, M.Quliyevin birinci oğlu vəfat etdiyi üçün Pənah yeganə varisdir. Bu dəfə isə ailəyə Pənahın 18 yaşı tamam olmadığı üçün ona vəkil tutmaq və bu yolla evi öz adına keçirməsi məsləhət görülüb. Lakin imtahan günü Pənahın intiharı bu işi də yarımçıq qoyub.

17 yaşında həyatına qəsd edən P.Quliyevin son sözü də bu evlərlə bağlı olub: “Evlərin hamısını anama verirəm, əgər qalsa”.

Qeyd edək ki, mərhum M.Quliyevin Rusiyada da evi olub. Onu qətlə yetirməkdə təqsirləndirilən E.Məmmədov isə həbs edilib. Hazırda bu işlə bağlı istintaq davam etdirilir.



Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər