Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Ən çox oxunanlar
Sorğu

Azərbaycan XİN-dən Paşinyana CAVAB

Baxılıb: 3134     Tarix: 10-05-2018 18:18   
Azərbaycan XİN-dən Paşinyana CAVAB


"Ermənistan və Azərbaycan arasında mövcud olan Dağlıq Qarabağ münaqişəsi uzun illərdir davam edir. Bunun davam etməsinin əsas səbəbi ərazilərimizin işğal olunmasıdır. Ermənistan nə qədər ki, işğal etdiyi Azərbaycan ərazilərindən çəkilmir, bu məsələnin həlli uzanır, irəli gedə bilmir. Ümid edirik ki, yeni seçilmiş Ermənistan hakimiyyəti daha konstruktiv mövqe nümayiş etdirəcək, xüsusilə işğal olunmuş ərazilərin azad olunması məsələsində reallığı nəzərə alacaq. Onda danışıqlar prosesini sülh yolu ilə həll olunması prosesini irəli aparmaq olar".

Bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

X. Xələfov bildirib ki, separatçı Dağlıq Qarabağ rejiminin danışıqlarda tərəf kimi iştirakını təklif etmək düzgün deyil.

"Artıq danışıqlar formatı təsdiqlənib. ATƏT çərçivəsində format bəyan olunub. Danışıqlarda münaqişə tərəfi kimi Ermənistan və Azərbaycan, vasitəçi kimi Fransa, ABŞ və Rusiya iştirak edir. Biz inanırıq ki danışıqlar bu formatda da davam etdirilməlidir.

Torpaqlarımızın tezliklə işğaldan azad olunması bir nömrəli məsələ kimi danışıqların mövzusu olacaq. Əvvəllər də belə cəhdlər olub. Lakin bu, real deyil, cəfəngiyatdır, danışıqlar prosesinə uyğun gəlmir. Dağlıq Qarabağ işğal olunmuş Azərbaycan ərazisidir və müzakirə predmeti deyil. Gündəlikdə olan vacib məsələlərdən biri də məcburi köçkünlərin işğal olunmuş torpaqlara qayıtmasıdır", - deyə o vurğulayıb.

Qeyd edək ki, bu bəyanatla Ermənistanın yeni baş naziri Nikol Paşinyan çıxış edib./apa

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər