Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Ən çox oxunanlar
Sorğu

“İdrak” liseyi Sumqayıtda 11 nömrəli tam orta məktəbdə “Media dərs” nümayiş etdirdi

Baxılıb: 2725     Tarix: 02-05-2018 22:08   

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə “Strateji Yol Xəritəsindən irəli gələn vəzifələr”-in yerinə yetirilməsi istiqamətində, Dövlət və özəl təhsil müəssisələrinin birgə əməkdaşlığı çərçivəsində “İKT-dən tədris prosesində istifadə təcrübəsi” mövzusunda Sumqayıt şəhər 11 saylı tam orta məktəbində “İdrak” liseyi tərəfindən hazırlanmış təqdimat mərasimi keçirildi.
Sumqayitfakt.Az xəbər verir ki, tədbir dövlət himnimizin səsləndirilməsi ilə başladı. İlk öncə Sumqayıt şəhər 11 saylı tam orta məktəbin direktoru İlahə Həsənli çıxış edərək qonaqları salamladı və tədbirin təşəbbüskarı olan “İdrak” liseyinin təsisçisi, professor Mönsüm Alışova təşəkkür etdi. Direktor müavini Şəhla Bağırova çııxış edərək qeyd etdi ki, müasir dövrdə təhsilin yeniləşməsi , ümumi təhsil sistemində “yaddaş” məktəbindən “təfəkkür” məktəbinə keçid günümüzün ən vacib tələblərindən biridir. Tədrisin yüksək səviyyədə təşkilinə nail olmaq üçün yeni təlim texnalogiyalarından və resurslarından istifadə sahəsində ən öndə olan təhsil müəssisələrindən biri də “İdrak” liseyidir.
2008-ci ildən Sumqayıtda, 2014-cü ildən isə Bakıda da fəaliyyət göstərən və yarandığı ilk gündən daim yeniliklərə və müasirliyə doğru inamlı addımlayaraq yüksək nailiyyətlər əldə edən «İdrak» liseyinin daha bir yeniliyi “ Media dərs” layihəsidir.
Daha sonra “İdrak” liseyinin təsisçisi, pedaqoji elmlər doktoru, professor Mönsüm Alışov çıxış edərək “Media dərs” haqqında tədbir iştirakçılarına məlumat verdi. O bildirdi ki, “İdrak” liseyində İKT vasitəsilə hazırlanmış bütün dərslər (”Media dərslər”) “ağıllı lövhə”lərdə yazılır və liseyin yaddaş bazasında saxlanılır. Hər bir şagird xüsusi şifrəsilə evdə internet vasitəsilə liseyin bazasına daxil olur və istədiyi fəndən müəllimlər tərəfindən keçirilən dərslərin izahına təkrar baxmaq və dinləmək imkanı əldə edir.
O vurğuladı ki, “İdrak media dərsləri”ndən digər dövlət təhsil müəssisələrinin şagirdlərinin də istifadə etməsinə məmnuniyyətlə yardım ediləcəkdir.
Sonra “İdrak” liseyinin müəllimləri müxtəlif beynəlxalq tədris proqramlarından istifadə etməklə dərs nümunələri təqdim etdilər və bir neçə “Media dərs” nümayiş etdirdilər. Şagirdlərin bu dərslərdən istifadə etmələrini əks etdirən videoçarxlar nümayiş etdirildi. Tədbirin bədii hissəsində şagirdlərin ifasında şeir və musiqi nömrələri, rəqslər təqdim edildi.









Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər