Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu

Sumqayıtda şair Namiq Dəlidağlının oxucularla görüşü keçirilib - FOTOLAR

Baxılıb: 2167     Tarix: 22-04-2018 14:15   


M.Ə.Rəsulzadə adına kitabxana filialda şair Namiq Dəlidağlının yaradıcılığına həsr olunmuş "Ağ gecənin nağılı" adlı tədbir keçirildi.
Tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başladı. Sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Gecəni giriş sözü ilə kitabxananın direktoru Ofelya xanım açaraq şairin həyat və yaradıcılığından geniş bəhs etdi. Namiq Dəlidağlının "Ağ gecənin nağılı" şeirini söylədi. S. Sarvan adına "Poeziya Klubu"nun üzvləri, 29 saylı tam orta məktəbin, 1 saylı "Uşaq-Gənclər İnkişaf Mərkəzi"nin və TET Gimnaziyanın şagirdləri şairin şeirlərini ifa etdilər. Şairlərdən - filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Rafiq Yusifoğlu, Nəcibə İlkin, Məryəm Aslanqızı, Xatirə Fərəcli, Sevinc Qərib, Lilpar Cəmşidqızı, Ədalət İzzətoğlu və digərləri, "Təhsil" Cəmiyyəti İdarə Heyətinin üzvü Taleh Şahməmmədli, "Təhsil" qəzetinin əməkdaşı Reyhan Miqdadqızı, Rafiq Mehdi, "Sumqayitfakt.az" saytının əməkdaşı Natiq İsmayıloğlu, SDU-nin tarix fakültəsinin tələbəsi Kənan Şahbazoğlu çıxış edərək şair haqqında ürək sözlərini dilə gətirdilər və şeirlərindən nümunələr söylədilər. Tədbir boyunca məktəblilərin ifasında şairin şeirləri səsləndirildi. N.Dəlidağlı ona ünvanlanan sualları cavablandırdı.
Sonda N.Dəlidağlı tədbir iştirakçılarına, kitabxana rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirdi, yeni şeirlərini oxudu.

Sevinc Qərib

Sumqayitfakt.Az

























Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər