Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu

Sumqayıtda “Azərbaycan ədəbiyyatı və müasir informasiya” adlı tədbir keçirildi -FOTOLAR

Baxılıb: 2442     Tarix: 18-02-2018 18:43   
Sumqayıtda “Azərbaycan ədəbiyyatı və müasir informasiya” adlı tədbir keçirildi

Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında 16 may 2017-ci il” tarixli sərəncamının icrası ilə əlaqədar M.Ə.Rəsulzadə adına kitabxana filialda ziyalılarla jurnalistlərin “Azərbaycan ədəbiyyatı və müasir informasiya” başlığı altında görüşü keçirildi.

Sumqayitfakt.Az xəbər verir ki, tədbiri kitabxananın müdiri Ofelya Qafarova açaraq qonaqları salamladı.Tədbirin mövzu və mahiyyəti haqqında fikirlərini söylədi. Tədbirin diskussiya şəklində davam etməsi təklifini irəli sürən Ofelya xanım mövzunun müzakirəsini iştirakçıların ixtiyarına buraxdı. Tədbirdə Əməkdar mədəniyyət işçisi, şair, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu, “Sumqayıt hadisələri” kinofilminin rejissoru və müəllifi, yazıçı-jurnalist Eyruz Məmmədov, “Möhtəşəm Azərbaycan" qəzetinin təsisçisi və baş redaktoru, AJB-nin Sumqayıt təşkilatının sədri, Əməkdar jurnalis Rafiq Oday, Sumqayitfakt.az saytının təsisçisi, AYB və AJB üzvü, şair- jurnalist Namiq Dəlidağlı, AMEA doktorantı, Tarix Araşdırmalar Qurumunun təsisçisi, “Birlik.az” saytının təsisçisi və baş redaktoru Vüsal Hətəmov, “Mia.az” saytının və “Reytinq” qəzetinin baş redaktoru Zaur Əhməd, uzun illər Az.tv-də “Səhər” verlişinin baş redaktoru olmuş Seymur Şahbazov, “Zaman və biz” qəzetinin baş redaktoru Sübhan Arifoğlu, AYB üzvü, şair-jurnalist Xaqani Abbasəli Öztürk, Sumqayıt "Poeziya Evi"-nin direktoru, şair İbrahim İlyaslı, şair Mayıl Məmmədli, AYB üzvü, şair Asif Asiman, şair-jurnalst Günel Eyvazlı, şairələr Şəhla Vahid, Sevinc Qərib, Sevda Kərimli iştirak edib. Tədbirdə müasir Azərbaycan ədəbiyyatı və jurnalistikasının inkişafı , problemləri, eyni zamanda ədəbiyyatın təbliğində, maariflənmənin geniş vüsət almasında medianın rolunun hansı səviyyədə olduğu müzakirə olundu. Dilimizin, milli- mənəvi dəyərlərimizin qorunması və inkişafı da tədbirin əsas müzakirə mövzusu oldu. Belə görüşlərin davamlı keçirilməsinin vacibliyi qeyd olundu. Sonda kitabxana rəhbəri iştirakçılara təşəkkürünü bildirdi və xatirə şəkilləri çəkildi.

Sumqayitfakt.Az






Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər