Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu

Ramiz Rzayev Ali Məhkəmənin sədri təyin edildi

Baxılıb: 3264     Tarix: 13-02-2018 12:38   
Ramiz Rzayev Ali Məhkəmənin sədri təyin edildi
Milli Məclisin bu gün keçirilən iclasında Ramiz Rzayevin Ali Məhkəmənin hakimi təyin edilməsi haqqında məsələyə baxılıb.
Sumqayitfakt.Az oxu.az-a istinadən xəbər verir ki, məsələ barədə deputatları məlumatlandıran parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Ramiz Rzayev 1953-cü il fevralın 25-də Xudat şəhərində anadan olub:

"2005-ci ilin aprelin 19-dan Ali Məhkəmənin sədridir. 2005-ci ildən Məhkəmə-Hüquq Şurasının üzvüdür. O, prokurorluq orqanlarında dövlətçilik prinsiplərinə sadiq olub. Bu prinsiplərə sadiqliyini Ali Məhkəmənin sədri vəzifəsini icra edən zaman da davam etdirib. Məhz onun təşəbbüsü ilə Ali Məhkəmə tərəfindən bir neçə mühüm qanun layihəsi hazırlanıb, parlamentə göndərilib və qəbul edilib.

Bir müddət öncə Məhkəmə-Hüquq Şurasında onun namizədliyi məsələsi müzakirə olunub və ölkə prezidentinə göndərilib. Bu gün isə dövlət başçısının təqdimatı ilə məsələyə baxılması tövsiyə edilib".

R. Rzayev qısaca olaraq təqdimata görə ölkə prezidentinə minnətdarlığını bildirib.

Bundan əlavə, Qasım Əliyevin vəzifəsi dəyişdirilərək Naxçıvan Muxatar Respublikasının Ali Məhkəməsinin hakimi təyin edilməsi məsələsinə baxılıb.

Qeyd edək ki, Q. Əliyev bu vəzifənin icrasına qədər Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin sədri vəzifəsində çalışıb.

Sonda hər iki məsələ səsə qoyularaq qəbul edilib.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər