Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu

“Lider” telekanalı bağlanır- 1000 NƏFƏR İŞÇİDƏN 200-Ü QALIB

Baxılıb: 3203     Tarix: 10-02-2018 13:50   
“Lider” telekanalı bağlanır- 1000 NƏFƏR İŞÇİDƏN 200-Ü QALIB
Artıq bir müddətdir ki, “Lider” telekanalında ciddi problemlər yaşanmaqdadır. Belə ki, son 1 il ərzində adıçəkilən telekanalda kütləvi ixtisarlar həyata keçirilib, işçilərin bir qismi isə əməkhaqqlarını ala bilmədiklərindən “Lider”i tərk edib.

Bu barədə gununsesi.info-nu bilgiləndirən mənbə iddia edir ki, “Lider”də əməkhaqqların gecikməsinə görə növbəti dəfə kütləvi istefalara başlanıb.

Telekanaldakı mənbənin verdiyi məlumata görə, işçilər aylardır maaş üzünə həsrət qalıb: “Lider” TV-nin əməkdaşları ötən ilin iyul ayından bu yana maaşlarını ala bilmirlər. Bu ilin yanvar ayında ölkə başçısı tərəfindən telekanallara 3 milyon manat vəsait ayrılmasından sonra “Lider” telekanalının rəhbərliyi işçilərin əməkhaqqlarının tezliklə veriləcəyinə dair söz versə də, hələ də vədinə əməl etməyib”.

“Lider” TV-yə nəzərdə tutulan 600 min manat vəsaitin köçürüldüyünü vurğulayan mənbə bildirir ki, buna baxmayaraq, işçilərin maaşları indiyədək ödənməyib: “Əvvəl “Lider”in 1000-dən çox işçisi var idi. Hazırda əməkdaşların sayı 200 nəfərə qədər azalıb. Bunun da əsas səbəbi əməkhaqqlarınını verilməməsi ilə bağlıdır. Belə ki, aylardır maaşlarını ala bilməyən işçilər mövcud vəziyyətə tab gətirməyib “Lider”i tərk edirlər. Nə vaxta qədər belə davam edəcək, kimsə bilmir. Görünən odur ki, telekanal müflis olmaq üzrədir. İşçilərə söz verilir, amma əməl edilmir. Hamı gözləyə-gözləyə qalıb. Əgər belə davam edərsə, o zaman qısa zamanda telekanal bağlanacaq”.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər