Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Ən çox oxunanlar
Sorğu

Yurdumdan gəlmir bir xəbər-Ədalət İZZƏT -Şeirlər

Baxılıb: 33 700     Tarix: 10-11-2017 18:20   
Yurdumdan gəlmir bir xəbər-Ədalət İZZƏT


Ədalət İzzət (Qafarov) ixtisasca hüquqşünasdı. Bakı Dövlət Universitetini bitirib. Şairlik iddiasında olmasa da, yazdıqlarından elə də narazı deyil. "İçimizdə yurd adlı yaramız var" adlı ilk şeirlər kitabı bu yaxınlarda işıq üzü görüb. Təbrik edirik!
Sumqayitfakt.Az Ədalət İzzətin bir neçə şeirini oxuculara təqdim edir:

BU DÜNYADA SABAHIMA DÖNMÜŞƏM

Bilmirəm ki, necə keçir günlərim,
Yurddan ayrı, qara daşa dönmüşəm.
Hər gün tezdən şehli yolla gedərdim,
İndi burda sozalmışam, sönmüşəm.

Dağlar aşıb, artıq, düzə enmişəm,
Yurdsuz qalıb, yurd qədrini bilmişəm.
“ermənini” tarixdən də silmişəm,
O dağlarda, qayalara dönmüşəm.

Xoş çağları bizə verdi həyat, can,
İçərdim mən cana dərman suyundan.
O yerləri unutmaram bircə an,
Deməyin ki, qəlbi daşa dönmüşəm.

Ədalətəm, halım necə, soruşma,
Düşməninlə sən heç zaman barışma.
Axmaq olub, axmaqlara qarışma,
Bu dünyada, sabahıma dönmüşəm.


AYAĞIYALIN GEDƏRƏM O YURDUMA

Xəyalımdan çıxmayır bircə an da,
Yaşayırdım əfsanəvi məkanda.
Üzümə gülürdü vaxta, zaman da,
Qəmsiz idim o obada, o yurdda.

Xəzan vurdu bağçamızda gülləri,
Əsir düşdü bənövşələr, nərgizlər.
Yaşamadım yurdsuz keçən illəri,
Ürəyimi qəm soraqlar, dərd izlər.

Yaş gəlsə də hər il yaşımın üstə,
Yaşamıram, həsrətim var yurduma.
Yol açıla, vallah, burdan kəsdirmə,
Ayağıyalın gedərəm o yurduma.

Lənət olsun, düşmənin şər-felinə,
Dayanmadan hücum edir yurduma.
Ədalət, dönəcəksən bir gün elinə,
Güvən əsgərinə, güvən orduna.



VERİN BİR XƏBƏR…

İstədim bir mahnı,
bəstələyəm mən.
Onu bəstələməyə
dilim gəlmədi.
İstədim bir gül əkəm,
onu qoxluyam.
O gülü əkməyə,
əlim gəlmədi.

Axı necə oxuyum,
o mahnını mən?
Axı necə iyləyim,
o gülləri mən?
Danışa bilmirəm,
gülə bilmirəm.
Dindirmə, qardaşım,
üzülmüşəm mən…
Vətəndə yaşasam da,
büzülmüşəm mən...
Elə bil süzgəncdən,
süzülmüşəm mən…
Qarlı dağlar aşmışam,
yıxılmışam, qalxmışam.
Dumana, çənə düşüb,
yollarımı azmışam.
Yağış yağıb,
palçıq olub hər yanımız.
Gecə-gündüz yollar keçib,
zığ-palçığa bulaşmışam.
Yollar çala, yollar çuxur.
Gah enişdi, gah da yoxuş.
Bu dünyanın işlərini
Allah bilər,
ondan soruş…
Dünya yaman dünyadır,
Bu dünyanı ondan soruş.

Neynəyim,
yurdumdan gəlmir bir xəbər.
Yolumuz bağlıdır,
hər tərəf çəpər.
Xəyallar içində,
dolaşıram mən,
Gedirəm yurduma,
Hər axşam, səhər.
Ədalətəm,
deyə bilmirəm,
hələ şad xəbər.
Siz deyin dostlarım,
Qələbədən xəbər.
Verin xalqımıza,
yeni bir xəbər.


DE, SÖZÜNÜ, AZƏRBAYCAN!

Döyünən ürəyimdir,
cismimdəki qan.
Ulu Vətənimdir,
can Azərbaycan.
Torpaq işğal olub,
əsir qalıb ellərimiz.
Bir ovuc torpağa,
bağlıdır bu can.
Canımda qalmayıb,
əvvəlki o can.
Qalx ayağa,
de sözünü, Azərbaycan!

İşğaldadır yurdumuz,
əsir düşür millətim.
Şəhid olur Əsgərim,
axıdılır nahaq qan.
Cismimdən ayrılır
həminki bu can.
Canımda qalmayıb,
əvvəlki o can.
Qalx ayağa,
de sözünü, Azərbaycan!

Təbriz, Bakı, Dərbənd,
hər üçü bir can.
Millətimiz birdir,
ayrılmışdır can.
Birləşsək olarıq,
Bütöv Azərbaycan.
Qalx ayağa,
de, sözünü,
Azərbaycan!
Azərbaycan!


ŞƏHƏRDƏKİ DOSTLARA...

Hovusluda beləcə
keçərdi günlərimiz...

Xoş günlər idi,
uşaqlıq illərimiz.
Kənd həyatın yaşayırdıq,
maraqlıydı o günlər...
Toyuq-cücə saxlayıb,
mal-qaraya baxardıq.
Dərsimizi öyrənib,
məktəb zamanı dərhal,
qaçıb, dərsə gedərdik.
Dərsdən qayıdan kimi,
mal-qaraya ot-saman,
toyuq-cücəyə də
dən-su verərdik.
Otu biçib bağçadan,
ot tayasın biz qurub,
onu taya edərdik.
Bəzən tayanın içində,
qaçıb biz gizlənərdik.
Əkərdik bostanımızı,
ona da su verərdik.
Bağdan yığıb meyvəsin,
damlara biz sərərdik.
Qurudub meyvəsindən,
hazırlayıb payları,
şəhərə də göndərədik.
Bax beləcə keçərdi,
o qayğısız günlərimiz.

Ədalət,
kaş qayıdaq o yerə,
o obaya, o elə...
Sevincimlə bərabər,
kəndin sovqat payından,
hamıya paylayardıq,
şəhərdəki dostlara!

Ədalət İzzət



Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər