Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu

"Sumqayıt"ın yeni baş məşqçisi əcnəbi oldu - RƏSMİ

Baxılıb: 3463     Tarix: 30-12-2021 12:19   
"Sumqayıt"ın yeni baş məşqçisi əcnəbi oldu - RƏSMİ

"Sumqayıt"ın yeni baş məşqçisi müəyyənləşib.

Bu barədə klub rəsmi məlumat yayıb. Aleksey Baqa "Sumqayıt” Futbol Klubunun baş məşqçisi təyin olunub. "PRO" kateqoriyalı 40 yaşlı mütəxəssislə 2,5 illik müqavilə imzalanıb.

Baqa futbolçu karyerası dönəmində "BATE” (Borisov, Belarus), "Dauqava” (Dauqavpils, Latviya) və "Dinamo” (Brest, Belarus) klublarının şərəfini qoruyub. "BATE” ilə 2 dəfə Belarus çempionu (2002; 2006), 1 dəfə isə kubokun qalibi olan (2005/06) Baqa məşqçi karyerasına da məhz Borisov təmsilçisində start verib. Belə ki, 2011-2018-ci illərdə adıçəkilən klubda köməkçi məşqçi vəzifəsində çalışan 40 yaşlı mütəxəssis 2018-ci ildə baş məşqçi kimi komandanın sükanı arxasına keçib və həmin ildəcə komandanı Belarus çempionu edib. Növbəti mövsümdə UEFA Avropa Liqasında 1/16 final mərhələsinə kimi irəliləyən "BATE” həmin mərhələdə İngiltərə "Arsenal”ına məğlub olaraq, mübarizəni dayandırıb.

Bundan başqa, Aleksey Baqa məşqçi karyerasında "Jalgiris” ilə 2020-ci ildə Litva çempionu olub. Qazaxıstanın "Aktobe” (Qazaxıstan) klubunu da çalışdırmış mütəxəssis 2021-ci ildə isə "Şaxtyor” (Soliqorsk) ilə Belarus çempionu adını qazanıb.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər