Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Ən çox oxunanlar
Sorğu

DÇ-2022-nin 12, pley-offun bütün iştirakçıları bəlli oldu

Baxılıb: 395     Tarix: 17-11-2021 09:05   
DÇ-2022-nin 12, pley-offun bütün iştirakçıları bəlli oldu


2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsinə vəsiqə qazanan komandaların sayı 12-yə çatıb. Milli.Az matc.az-a istinadən bildirir ki, DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində 10-cu turun bu gün baş tutan sonuncu oyunlarının ardından daha bir komanda mundiala vəsiqə qazanıb.

Bu, G qrupunda birinci yeri təmin edən Niderland yığmasıdır. Daha öncə mundiala ev sahibliyi edəcək Qətərlə yanaşı, Almaniya, Danimarka, Belçika, Fransa, Xorvatiya, İspaniya, Serbiya, İngiltərə və İsveçrə millilərinin də DÇ-2022-də iştirak edəcəyi dəqiqləşmişdi. Braziliya yığması isə DÇ-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsindən mundiala vəsiqə qazanıb.
 
Öz qruplarında ikinci yeri tutan İtaliya, Portuqaliya, Rusiya, Şotlandiya, İsveç, Uels, Türkiyə, Polşa, Ukrayna və Şimali Makedoniya isə pley-offda oynamaq hüququ qazanıb. Bu komandalarla yanaşı, UEFA Millətlər Liqasından DÇ-nin pley-offuna vəsiqə qazanmış Çexiya və Avstriya yığmalarının da mundialda iştirak şansı qalmaqdadır.
 
Pley-offun püşkü noyabrın 26-da atılacaq. Bu mərhələnin oyunları isə 24-25 və 28-29 martda təşkil olunacaq. 12 kollektiv DÇ-2022-yə son 3 vəsiqə uğrunda mübarizə aparacaq.
 
DÇ-2022 21 noyabr - 18 dekabr aralığında keçiriləcək.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər