Xəbər xətti
24-07-2021
23-07-2021
Yazarlar





Rublika
Arxiv
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Ən çox oxunanlar
Sorğu

AVRO-2020: Türkiyə millisi üçün son şans

Baxılıb: 365     Tarix: 20-06-2021 08:29   
AVRO-2020: Türkiyə millisi üçün son şans


Bu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsində sonuncu - III tura start veriləcək.

Sumqayitfakt.Az xəbər verir ki, əvvəlcə A qrupunun oyunları keçiriləcək. Qarşılaşmalardan biri Bakıda, digəri İtaliyanın paytaxtı Romada oynanılacaq. Hər iki görüş eyni saatda - Bakı vaxtı ilə 20:00-da start götürəcək.

İlk turdan sonra xalı olmayan Türkiyə millisi 1 xalla 3-cü sırada qərarlaşan İsveçrə yığmasını sınağa çəkəcək. Bakı Olimpiya Stadionunda (BOS) gerçəkləşəcək oyunu sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edəcək. Ən yaxşı göstəriciyə malik 4 qrup üçüncüsündən biri kimi 1/8 finala çıxmağı hədəfləyən "ay-ulduzlular" bunun üçün mütləq rəqibinə qalib gəlməlidir. Amma qələbə belə, Şenol Güneşin başçılıq etdiyi komandaya qrupdan çıxmaq üçün kifayət etməyə bilər. Bu mənada, digər oyunların nəticəsi də önəmli olacaq.

Bu qrupun digər oyununda isə İtaliya və Uels yığmaları üz-üzə gələcəklər. "Olimpiko" stadionundakı qarşılaşmanın baş hakimi Rumıniya təmsilçisi Ovidiu Hatseqan olacaq. İki görüşdən maksimum nəticə ilə ilk pillədə yer alan "Skuadra Adzurra" artıq pley-offa vəsiqəni təmin edib. 4 xalla ikinci sırada olan britaniyalıları isə bu görüşdə heç-heçə də qane edəcək.

Avropa çempionatı

A qrupu, III tur

20:00. İsveçrə - Türkiyə

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

Bakı Olimpiya Stadionu.

20:00. İtaliya - Uels

Baş hakim: Ovidiu Hatseqan (Rumıniya)

Roma, "Olimpiko" stadionu.

Xal durumu: İtaliya - 6, Uels - 4, İsveçrə - 1, Türkiyə - 0


Qeyd edək ki, Bakı Olimpiya Stadionu AVRO-2020-də artıq 2 oyuna ev sahibliyi edib. Daha əvvəl bu arenada baş tutan matçlarda Uels İsveçrə ilə 1:1 hesablı heç-heçə edib, Türkiyə isə Britaniya təmsilçisinə uduzub - 0:2. Bundan başqa, 1/4 finalın bir oyunu da BOS-da olacaq.
Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər