Xəbər xətti
21-06-2021
20-06-2021
Yazarlar





Rublika
Arxiv
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Ən çox oxunanlar
Sorğu

Sabahdan idman zalları açılır - QAYDALAR VƏ ŞƏRTLƏR

Baxılıb: 3100     Tarix: 09-06-2021 11:22   

"Operativ Qərargahın məlum qərarından sonra nazirlik bir sıra tədbirlər həyata keçirib. Artıq bütün federasiyalara tövsiyə xarakterli məktub göndərilib. Hər bir idman federasiyası inkişaf etdirdiyi idman növü üzrə klub və zallarına nəzarət etməlidir".

Bu sözləri Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev bildirib.

O əlavə edib ki, federasiyalar vasitəsilə hər bir kluba elektron şəkildə təlimat kitabçası da göndəriləcək:

"Bu kitabçada qeyd olunacaq ki, idman zallarında növbəlilik prinsipi ilə məşqlər keçirilsin. Sıxlıq müşahidə olunan idman zalında qrafik tutulmalıdır və insanlar ora növbəli şəkildə daxil olmalıdırlar. Hər kəs eyni vaxtda idman zalına gəlməməlidir.

Bundan başqa COVID-19 pasportu da tələb olunur. Bu pasport iyunun 10-dan məşqlərə gələn idmançılara aiddir. Amma məşq zallarında olan təlimatçı və müəllimlərə iyulun birinə qədər möhlət verilib.

İdman zallarının rəhbərliyi də hər bir şəxsin print olunmuş formada COVID pasportunu və şəxsiyyət vəsiqəsini özündə saxlamalıdır. Reyd olduğu təqdirdə idmançılar bir-bir narahat edilməsin və sənədlər onlara göstərilə bilsin".

Qeyd edək ki, idman zallarında duş kabinələri də fəaliyyət göstərəcək. Ümumilikdə sadəcə gigiyenik qaydalara riayət etmək və ara məsafəsini gözləmək əsas şərt olacaq. /baku.ws

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər