Xəbər xətti
02-08-2021
01-08-2021
31-07-2021
Yazarlar





Rublika
Arxiv
«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu

Millimizin üzvü olimpiadaya lisenziya üçün erməni ilə yarışacaq

Baxılıb: 398     Tarix: 11-05-2021 17:22   
Millimizin üzvü olimpiadaya lisenziya üçün erməni ilə yarışacaq

Mayın 12-də Macarıstanın Seqed şəhərində kayak və kanoe üzrə Avropa Olimpiya Təsnifat Turniri və II Dünya Kuboku start götürəcək.

Beş gün davam edəcək yarışda Azərbaycan kanoeçi Malxaz Çinçaraşvili ilə təmsil olunacaq. 24 yaşlı idmançı 1 nəfərlik qayıqla həm 1000 metr, həm də 200 metr məsafəyə yürüşlərə qatılacaq.

Olimpiya lisenziyalı turnirdə o, seçmə mərhələdə Ara Vrabyan (Ermənistan), Vadim Korobov (Litva), İlya Ştokalov (Rusiya), Maksim Petrov (Belarus), Angel Kodinov (Bolqarıstan), Zaza Nadiradze (Gürcüstan) və Sergey Tarnovski (Moldova) ilə mübarizə aparacaq. İlk "3-lüy"ə düşənlər yarımfinala yüksələcəklər.

Növbəti mərhələdən finala yüksəlmək üçün də yeni "3-lüy"ə düşmək lazımdır. Seçmə və yarımfinal mərhələləri ilk yarış günündə, finallar isə ertəsi gün olacaq. Tokio Yay Olimpiya Oyunlarına lisenziyaları ilk 2 yerdən birini tutanlar qazanacaq.

Mayın 14-də Çinçaraşvili Dünya Kubokunda 1000 metr, mayın 15-də 500 metr məsafələrə yürüşlərə qatılacaq. 1000 metr məsafəyə finallar mayın 15-də, 500 metr məsafəyə həlledici yürüş isə mayın 16-da olacaq.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər