Xəbər xətti
02-08-2021
01-08-2021
31-07-2021
Yazarlar





Rublika
Arxiv
«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu

ANS MTRŞ-nı məhkəməyə verəcək :MİRŞAHİN OD PÜSKÜRDÜ-fotolar

Baxılıb: 2637     Tarix: 23-01-2016 11:13   
Milli Televiziya və Radio Şurası ilə ANS televiziyası arasında problem uzun müddətdir yaranıb. Bu, o vaxt olub ki, ANS milli serialların çəkilməsi üçün dövlət tərəfindən ayrılan vəsait barədə MTRŞ-ya suallar ünvanladı. Hətta məktub da göndərdik. Amma MTRŞ bundan yayındı"
ANS MTRŞ-nı məhkəməyə verəcək

Sumqayitfakt.az-ın məlumatına görə, bu sözləri ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru, “Hesabat” verilişinin aparıcısı Mir Şahin Ağayev bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, milli serialların çəkilməsi üçün dövlət tərəfindən ANS-ə 40 min manat ayrılmışdı.

"İndi isə biz Şuradan soruşuruq — büdcədən ayrılan 10 milyon manatı hara xərcləyiblər? Qoy xalqın qarşısında cavab versinlər. Bu pullar hara gedib? Onları hara xərcləyirlər? Onlar gözləyirlər ki, biz belə xoş olmayan suallar verməyək. Lakin biz bu və digər tikanlı sualları verməyə davam edəcəyik.


MTRŞ bununla bağlı göndərdiyimiz məktuba cavab vermək əvəzinə ANS-ə xəbərdarlıq və məzəmmətlər etməyə başladı. MTRŞ-nin qəbul etdiyi qərarlar adətən ANS-lə bağlı olub. Düzdür, Şura başqa kanallarla da bağlı qərarlar qəbul edib, ancaq əsasən ANS barədə qərarlar verib, qadağalar qoyub. Azərbaycan prezidentinin söz azadlığı və demokratiya ilə bağlı atdığı addımlar göz önündədir. MTRŞ bəlkə öz-özlüyündə müsbət qurum ola bilərdi, lakin bu qurumun başında duran məmur və ya məmurlar buna imkan vermir.

Biz qanun çərçivəsində sabah məhkəməyə müraciət edəcəyik. Öz hüquqlarıımızı hüquqi yolla müdafiə edəcəkəyik. “Hesabat” verilişinin bağlanması qərarına qarşı mübarizə aparacağıq, məhkəməyə müraciət edəcəyik. Artıq sənədlər hazırlanır və yəqin ki, yanvarın 23-də məhkəməyə müraciət edəcəyik. Artıq söz azadlığının başının üstünü məmurun aldığı ortadadır. MTRŞ-nın qərarı Azərbaycanda demokratiyaya zərbədir", - deyə Mir Şahin Ağayev bildirib.



Mir Şahin Ağayevin sözlərinə görə, məmurlar Azərbaycanda sovet senzurasını bərpa etmək istəyirlər: "Bu nə deməkdir? 2 cümləyə görə verilişi bağlayırlar. Əgər bu, senzura deyilsə, bəs nədir? Məmurlar jurnalistləri nəzarətə götürməyə çalışırlar ki, biz onların dediyi ilə oturub duraq. Lakin demokratik mətbuat buna yol verə bilməz. Əslində, MTRŞ dekorativ bir orqandır. Prezident ictimai nəzarətin gücləndirilməsini və bütün hadisələrə tənqidi yanaşma tələb edir. Məmurlar isə, əksinə, ictimai nəzarəti və prezidentin demokratik prinsiplərin qorunmasına yönəlmiş siyasətini əngəlləyirlər. Mən əminəm ki, prezident mütləq bu məsələyə münasibət bildirəcək və bu ədalətsiz qərarın ləğvi üçün hər şey edəcək. Mən prezidentə və onun ədalətliliyinə inanıram".

ANS TV-nin hüquqlarını müdafiə edən hüquqşünas Sevda Məhərrəmova isə bildirdi ki, bu gün ANS-in əməkdaşlarını MTRŞ-nin iclasından qovublar və qərarı onlar olmadan veriblər.


Xatırladaq ki, MTRŞ-nin bu gün keçirilən iclasında ANS televiziyası tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə əlaqədar inzibati icraata dair işə baxılıb. ANS televiziyasının efirində yayımlanan “Hesabat” analitik-informasiya proqramının 27 dekabr 2015-ci il və 17 yanvar 2016-cı il tarixli buraxılışlarında televiziya yayımının əsas prinsiplərinin və proqrama verilən tələblərin pozulması - proqramlarda informasiyanın tərəfsizliyi, qərəzsizliyi, əhatəliliyi, tam və doğru-dürüstlüyü prinsiplərinə əməl olunmadığını, işgüzar nüfuzun ləkələnməsinə yol verildiyini, faktlar və hadisələrin ədalətli şərh olunmadığını, birtərəfliliyə yol verildiyini nəzərə alaraq, Şura “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə uyğun olaraq ANS televiziyasının efirində “Hesabat” analitik-informasiya proqramının yayımı 24 yanvar 2016-cı il tarixdən etibarən 1 ay müddətinə dayandırıb.
ANS MTRŞ-nı məhkəməyə verəcək
ANS MTRŞ-nı məhkəməyə verəcək
ANS MTRŞ-nı məhkəməyə verəcək


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər