Xəbər xətti
02-08-2021
01-08-2021
31-07-2021
Yazarlar





Rublika
Arxiv
«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu

«Azərikimya» İB-nin təşkilatçılığı ilə görüş keçirilib -FOTOLAR

Baxılıb: 968     Tarix: 22-01-2016 13:09   
«Azərikimya» İB-nin təşkilatçılığı ilə görüş keçirilib

Sumqayitfakt.az xəbər verir ki, SOCAR-ın «Azərikimya» İstehsalat Birliyinin təşkilatçılığı ilə Sumqayıt şəhərində müxtəlif xəstəliklərə qarşı profilaktik tədbirlərin həyata keçirilməsinin vəziyyəti mövzusunda şəhərin tibb müəssisələrinin aparıcı həkimləri ilə görüş-müzakirə keçirib.
Kimyaçılarla birgə KİV nümayəndələrinin, Paşa Sığorta ASC-nin əməkdaşlarının da iştirak etdiyi tədbiri giriş sözü ilə «Azərikimya» İB-nin Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Ömərov açmış, tədbirin məqsəd və qayəsi haqqında məlumat verib.
Tədbirə dəvət olunmuş təcrübəli həkimlər - şəhərin baş terapevti, Bərpa xəstəxanasının baş həkimi Kamil İbadov, Təcili Tibbi Yardım Xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri Vaqif Qəhrəmanov, Ruhi-əsəb dispanserinin baş həkimi, şəhərin baş psixiatrı Mayılxan Tağıyev, Təcili Tibbi Yardım Xəstəxanasının neyrocərrahiyyə şöbəsinin müdiri Emin Yaqubov, Uşaq xəstəxanasının şöbə müdiri, şəhərin baş infeksionisti Sehri Babayev, Onkoloji Dispanserin həkim-onkoloqu Murad Məmmədov, həmçinin Səhiyyə şöbəsinin müdir müavini Bərxudar Məmmədov kimyaçıları maraqlandıran sualları cavablandırmış, bir sıra xəstəliklərə, o cümlədən infeksion xəstəliklərə qarşı həyata keçirilən profilaktik tədbirlərlə bağlı məsləhət və tövsiyələrini verib. Qeyd olunmuşdur ki, bu xəstəliklərin profilaktikasında şəxsi gigiyenanın gözlənilməsinin, normal yuxunun, düzgün qidalanmanın, sağlam psixoloji mühitin, idman-sağlamlıq tədbirlərinin, su prosedurlarının, çoxlu maye qəbul edilməsinin və qoruyucu vasitələrdən istifadənin böyük əhəmiyyəti vardır.
Maraqlı sual-cavab və diskussiya şəraitində keçən tədbirin sonunda kimyaçılar həkimlərə dəvətlərini qəbul edib gəldiklərinə görə dərin minnətdarlıqlarını bildiriblər.

«Azərikimya» İB-nin təşkilatçılığı ilə görüş keçirilib
«Azərikimya» İB-nin təşkilatçılığı ilə görüş keçirilib
«Azərikimya» İB-nin təşkilatçılığı ilə görüş keçirilib


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər