Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu

Moskvada Dağlıq Qarabağda istehsal edilən konyak satılır -FOTOLAR

Baxılıb: 4861     Tarix: 13-01-2016 20:57   
Moskvada Dağlıq Qarabağda istehsal edilən konyak satılır

Sumqayitfakt.az
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində, “Domodedovo” hava limanının rüsumsuz ticarət mağazalarında satılan “Madatovğ” adlı konyakların Ermənistanın işğalı altında olan Azərbaycan ərazisində - Dağlıq Qarabağda istehsal edildiyini və Ermənistan vasitəsilə Rusiya bazarlarına çıxarıldığını müəyyənləşdirib.


Bu barədə məlumat Musavat.com-a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən daxil olub.

Məlumata görə, bununla əlaqədar olaraq, Dövlət Gömrük Komitəsi Rusiya Federasiyası Federal Gömrük Xidmətinin rəhbərliyinə müraciət ünvanlayıb. Müraciətdə deyilir:

“Bildiyiniz kimi, iyirmi ildən artıqdır ki, Azərbaycan Respublikasının 20 faiz ərazisi Ermənistan Respublikasının işğalı altındadır. Bu ərazilərin azad edilməsini tələb edən BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, eləcə də bir sıra beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə baxmayaraq, bu işğal hələ də davam etməkdədir. Beynəlxalq hüquqa əsasən işğal altında olan ərazilərdə istənilən iqtisadi fəaliyyət (istər sahibkarlıq, istərsə də qeyri-sahibkarlıq fəaliyyəti) qadağandır.

Bildiririk ki, Moskvanın “Domodedovo” hava limanının “Duty Free” (rüsumsuz ticarət) mağazalarında “Madatovğ” adı altında konyak məhsullarının satışı həyata keçirilir. Bu məhsul Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilən ərazilərində yerli xammal və materiallardan istifadə edilməklə hazırlansa da, bağlama üzərindəki ştrix-kod Ermənistan Respublikasına aiddir ki, bu da malın mənşə ölkəsi haqqında sənədlərin və ticarət markasının saxtalaşdırılmasına dəlalət edir. Beləliklə, belə malların Rusiyaya idxalı üçün heç bir qanuni əsası yoxdur.

Təəssüf hissi ilə qeyd etməliyik ki, bu kimi hallar Moskva və Rusiyanın digər şəhərlərində yerləşən ərzaq mallarının satış nöqtələrində də müşahidə olunur.

Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Federal Gömrük Xidməti (Rusiya FGX) arasında gömrük hüquqpozmaları ilə mübarizəyə dair əməkdaşlıq haqqında Sazişin 5-ci maddəsinə istinad edərək, Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilən ərazilərində istehsal edilən malların sərbəst satışının qarşısının alınması, eləcə də belə hərəkətlərə yol verilməməsi üçün müvafiq tədbirlərin görülməsini xahiş edirik”.

Qeyd olunub ki, aşkar olunmuş faktla bağlı Dövlət Gömrük Komitəsi rəsmi olaraq Azərbaycanın əlaqədar qurumlarını da məlumatlandırıb.
Moskvada Dağlıq Qarabağda istehsal edilən konyak satılır
Moskvada Dağlıq Qarabağda istehsal edilən konyak satılır


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər