Xəbər xətti
02-08-2021
01-08-2021
31-07-2021
Yazarlar





Rublika
Arxiv
«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu

Sumqayıt Dövlət Universiteti tələbəsinin intiharı ilə bağlı məlumat yaydı

Baxılıb: 31 731     Tarix: 11-01-2016 16:35   
Sumqayıt Dövlət Universiteti tələbəsinin intiharı ilə bağlı məlumat yaydı

Sumqayıt Dövlət Universiteti intihar etdiyi bildirilən tələbə ilə bağlı məlumat yayıb.

Sumqayıt Dövlət Universitetinin mətbuat xidmətindən APA-ya verilən məlumatda qeyd olunub ki, universitetin Filologiya fakültəsinin birinci kurs tələbəsi Qasımova Rumiyyə Elşən qızının ölümü ilə əlaqədar bəzi saytlarda istintaqın nəticəsini gözləmədən “Universitetin tələbəsi imtahanlardan kəsildiyi üçün intihar etdi” məzmunlu qərəzli və məntiqdən uzaq məlumatlar yayılıb: "Məlumatların verilməsinə qətiyyətlə etiraz edir və bildiririk ki, həmin tələbə həqiqətən də hadisədən bir gün öncə cari sessiyada ikinci imtahanını verib, lakin lazımi hazırlığı olmadığı üçün nəticəsi qənaətbəxş olmayıb. O, semestr boyu təşkil olunan üç ardıcıl kollokviumlarda da çox aşağı nəticə göstərib. Nəticələri ilə razılaşmayan tələbələrə, o cümlədən Rumiyyə Qasımovaya universitetdə yaradılmış “Apellyasiya komissiyası”na müraciət etmələri tövsiyyə olunub. Lakin mərhumun “Apellyasiya komissiyası”na müraciət etməməsindən belə nəticəyə gəlmək olar ki, o, nəticəsi ilə razılaşıb. Həmçinin onun tələbə yoldaşları da həmin gün onunla deyə-gülə universitetdən çıxaraq ayrıldıqlarını bildiriblər".

Qeyd edək ki, yanvarın 9-da itkin düşmüş Sumqayıt şəhər sakini Rumiyyə Qasımovanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti yanvarın 10-da şəhər ərazisindəki dəniz sahilində tapılıb.

Sosial şəbəkədə Rumiyyə Qasımovanın Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin birinci kurs tələbəsi olduğu, imtahandan kəsildiyi üçün intihar etdiyi barədə məlumatlar yayılıb


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər