Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu

Nəcibə İlkin- "İnsanlığın xatirəsi"

Baxılıb: 4122     Tarix: 25-08-2022 23:58   
Nəcibə İlkin

AYB-nin AJB-nin üzvü "Azad qələm" jurnalının təsisçisi və baş redaktoru Nəcibə İlkin yazır..

Sumqayitfakt.Az yazını təqdim edir...

İnsanlığın xatirəsi...

Əvvəlcə istəyirəm onun yaracılığından söhbət açam.
Gözəl bir diyarda, səfalı bir məkanda-İsmayıllı rayonunun
Həftəsov kəndində dünyaya göz açan şair bu yerlərin təbiətindəki gözəlliyini ruhuna hopdurmuşdu sanki. Ürəyi saf, qəlbi
təmiz, sözləri də bulaq suyu kimi duru ... Yaradıcılığının şah
damarı vətən və onun tarixi bəlaları olan Vaqif Nəcəfzadənin
söz nəfəsi vətən, ana və insanlıqdı. Bu müqəddəs varlıqların kökü üzərində boy atıb, o... Boy atdıqca şeir-şeir ucalıb, misra-misra qol-budaq atıb. Vətən hayaralı köksü misra-misra qan verib. Son nəfəsinədək “Ayağa dur, Vətən” deyib.

Əsrlərlə o düşməndir xalqımıza, elimizə,
Qənim çıxdı torpağıma, dilimizə, dinimizə.
Sağalmayan bir yaradı günümüzə, ilimizə,
Etdikləri cinayətlər ildən-ilə çıxır üzə.
Qəsbkarın, fitnəkarın önünə çıx qolunu bur,
Azərbaycan, ayağa dur!

Neçə əsrlərdi Rusiya İmperiyasının şovinist antitürk siyasəti, rus bolşevikləri ilə erməni daşnaklarının Azərbaycan
türklərinə qarşı soyqırım yeritmək olub. Bu soyqırım dönədönə Azərbaycan torpaqlarında təkrarlanıb. Məhz hər bir şair ürəyindən, qələmindən keçən bu ağrılar şeir-şeir hər bir kəsin dərd yatağı olub.
V.Nəcəfzadə ilk dəfə də qələmə sarılanda, ən son şerində də Vətən deyib. Başdan ayağa Vətən olan şair. İlk dəfə “Azərbaycan, ayağa dur”, son nəfəsində isə “Vətən, ayağa dur” deməklə vətənə olan sevgisini əlində bayraq edib.

Vaqif Nəcəfzadə

Onda xalqımızı dara cəkdilər,
Köksümüzə dərin yara cəkdilər,
Şəhərləri, kəndlərimi sökdülər.
Qazi olduq, şəhid verdik torpağa,
Ana Vətən ayağa dur, ayağa!

Hələ 5 yaşında ikən anasının isti qucağından gen düşən
və çox çətin uşaqlıq, gənclik ömrü yaşayan şair, böyüdükcə
ana dərdini və anasız günlərinin acı həsrətini kağızlara
köçürərək qələmi ilə həmdəm olub. Gözləri doluxsunaraq ana
yolunu gözləyən körpə, qəlbinin sızıltılarını nəzmə çəkməklə kədərinə, qəminə layla çalıb.

Anamın yoxluğu yandırdı məni,
Bir sığal çəkənim, oxşayanım yox.
Dünya əzdi məni, sındırdı məni,
Bəzən ac qalırdım, bəzən yarı tox.

Beləcə, ANA-VƏTƏN müqəddəsliyinin əzablı yağışları
onu dolu tək döyüb, ömrünün vaxtsız xəzana dönməsinə imkan yaradıb. Çox yaşamayıb cəmi 70 yaş....Şair ömrü üçün bu yarı yol deməkdi...
Yaraıcılığında nəsr əsərləri də yer alan şairin povesti olduqca maraqlı epizodlarla zəngindir. Müasir cəmiyyətin ağrılarını
nəsrin dili ilə demək onun coşub-daşan iç dünyasına sığına bilməməsindən xəbər verir. Bəzən şeirlərində çatdıra bilmədiklərini nəsrdə qələmə almaqla bir daha daxili dünyasının və dünyagörüşünün genişliyi ni aydın görürük.
Sevgi şeirlərində də eynidir, etibarlılıq, vəfalılıq və sevginin ali hisslərini qorumaq mədəniyyəti onun şəxsiyyətinin
mükəmməliyini ortaya qoyur. Sevgi şairin həyat amalında ən
ali zirvədir. O zirvə ki, ömrün yolları onun parlaq işığından
keçir. Şair yazır:

İslanmışam gözlərimin yaşında,
Yorulmuşam məhəbbət savaşında,
Günahsızam, günahım yox qarşında,
Səni and verirəm o bir Allaha,
Küsməyin nahaqdır, qayıt gəl daha.
 
Burda onun yaradıcılıq haqqında fikirlərimi saxlayıb,
şəxsiyyəti, insanlığı, dostluğu haqqında olan xatirələrimə yan alıram... Bəlkə də bu bir nekroloqdu...
Vaqif Nəcəfzadə....Tanınmış şair, gözəl söz adamı, vəfalı dost, dəyərli insan. Bu ad onu tanıyanların və sevənlərin qəlbində hər zaman yaşayacaq.
Onunla bir neçə dəfə yol yoldaşı olmuşuq.

Borçalı, Dərbənd və Türkiyə səfərlərimizdə yadda qalan şirin xatirələrimiz çox olub. Yumşaq, səmimi və isti münasibətindən hər kəsin sevimlisinə çevrilmişdi. Şən zarafatlarından qalmır, arabir sözünü şeiri ilə deyirdi. Kimsənin qəlbinə dəyməklə arası yox
idi. Hətta qaş-qabaqlı görünən adamın belə könlünü almağa çalışardı.
Vətənə, anaya, insanlara, həyata olan sevgisi şeirlərindən
duyulurdu. Şeirlərindən vətən qoxusu gəlirdi . Özü necə idisə,
şeirləri də elə idi. Və vətənin düşməninə qarşı nifrətli, çılğın...
Yaradıcılığı ilə şəxsiyyəti vəhdət təşkil edirdi. Vətənimizin başına gətirilən bəlalardan, keçmiş qanlı tarixindən yana-yana danışardı. Və hər zaman vətən yanğılı şeirlərini söyləyəndə kövrələrdi. Qarabağ ağrılarını ürəyində daşıyırdı.
Erməni vandalizminin işğalı altında olan torpaqlarımızın azadlığını səbirsizliklə gözləyirdi. Yaxşı ki, vətən şairi vətən qələbəsini gördü. Buna çox sevinirəm.. Ruhu şad olsun.
Şeirlərini bir neçə dəfə Türkiyədə redaktoru olduğum
antologiyalarda dərc etdirdim. Çox sevinirdi. Həyatsevər qəlbindəki fərəh hssini gizlətmirdi. Türkiyədə şeir və musiqi festifalında, Borçalıda Elat bayramında vətən mövzulu
şeirləriylə etdiyi çıxışları heç zaman yadımdan çıxmaz.
Borçalıda televiziya kanalından çəkiliş gəlmişdi. Dedilər müsahibə almaq istəyirik. Mən Vaqif müəllimi məsləhət gördüm. O, müsahibə verməklə yanaşı, vətən ünvanlı şeirini necə coşğunluqla söylədisə, hamımız kənardan baxıb fəxr elədik. Türkiyədə də həmçinin şeirlərini əzbərdən və həvəslə
deyirdi. Bu, onun vətənə olan məhəbbətindən, bir də təmiz təbindən irəli gəlirdi.
Bir dəfə Türkiyədə yol yoldaşı olduğumuz zaman kövrək şəkildə analı xatirələrindən söhbət açdı. Anamı çox erkən itirmişəm, dedi. Lap beş yaşından. Gözləri doldu. Analıq əlində qalmışam. Ömrüm əzablı olub. Yadıma düşəndə ürəyim
sızlayır, dedi. Anasına həsr etdiyi şeirləri kövrələ-kövrələ söylədikcə əlini ürəyinin üstünə aparırdı. Mən ona təsəlli olaraq fikirlərindən ayırmaq üçün sevgi şeiri deyib, onu bu kədərli aləmindən uzalşadırmağa çalışdım. O da yadında qalan sevgi şeirlərindən deməklə ruhunu, qəlbini təzələdi.
Xeyli vaxt keçmişdi.... Bir dəfə mənə zəng etdi ki, sizinlə görüşmək istəyirəm. Kiitabımı çıxarmaq fikrindəyəm. Məmuniyyətlə razılaşdım. Çox gecikirdi. Arabir zəng edirdi ki, vaxt tapıb gələcəm. Ancaq gəlmədi....Qismətə bax ki, özü
gələ bilməsə də, kitabının redaktoru yenə də mən oldum. Nə isə... Gəlişi uzun çəkdi. Bir neçə dəfə mən zəng etdim. Dedi əlimdə bir az işlərim var, onları görüb gələcəm. Yolunu çox gözlədim... Sonra...
Bir gün isə sosial şəbəkədən ölüm xəbərini eşitdim. Çox pis oldum. Dünyam qarışdı. Belə bir şair dostu, belə bir insanı itirmək mənim üçün çox ağır idi. Nəinki mənim üçün, elə onu sevənlər üçün də...Sanki həmin gün göyün də üzü qaralmışdı.
Bəlkə də mənə belə gəlirdi. O, ölə bilməzdi. Ondakı həyat eşqi sönə bilməzdi. Buna heç cür inana bilmədim. Gözlərimi əlimlə qapayıb ürəkdən hönkürdüm. Belə etməsəydim, ürəyim dayana bilərdi. Artıq bu insan dünyada yox idi... Qəribəliklərlə
dolu vəfasız həyat..
Mən onu sağlam, gümrah bir insan kimi tanımışam. Bir də onun Allahına olan sevgisi, həyata olan sevgisi o qədər güclü idi ki, bu sevgiləri güclü insan ölə bilməzdi... Nekroloq yazmaq istədim, əlim gəlmədi. Şair Vaqif Nəcəfzadə.... Alicənab, etibarlı dost Vaqif Nəcəfzadə. Hər ikisi də özünü təsdiqləmiş varlıq.
Mənim üçün şair Vaqif Nəcəfzadə belə xatirəmdə qalıbdı.
Vətən haraylı, vətənsevər, dostcanlı, ailəcanlı bir insan. O insan ki, hər sözündə, hər kəlməsində kamillik, hər misrasında insanlıq elmi var idi. Dostluğun, insanlığın memarı, şeiriyyətin, poeziyanın bilicisi. Allah səni rəhmət eləsin dəyərli dost!
Ruhun şad olsun! Sən xoşbəxt atasan ki, Vahid, Namiq, Natiq kimi gözəl övladların var. Mənə gətirə bilmədiyin əsərlərini artıq çapa hazır edirlər. Bunun üçün sənin əvəzindən onlara xüsusi təşəkkürümü bildirirəm. Var olsunlar. Natiqin sənin kitabına çəkdiyi əziyyəti və rəsm əsərlərini xüsusi alqışlayıram.
Hər biri var olsun.
Yeni “Seçilmiş əsərləri” n adlı kitabını təbrik edirəm əziz dost.


Özün olmasan da ruhun bizimlədi!
Vaqif Nəcəfzadə onu sevən dostların, oxucuların qəlbində daim yaşayacaq və xatırlanacaqdır...
RUHUN ŞAD, MƏKANIN CƏNNƏT OLSUN! ALLAH
SƏNİ RƏHMƏT ELƏSİN!

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər