Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Sorğu

Sabir Yusifoğlu - " Əslində, "Nobel" mükafatı neftimiz hesabına verilir" -MÜSAHİBƏ

Baxılıb: 4158     Tarix: 06-08-2022 10:35   

Tanınmış şair Sabir Yusifoğlunun "Cümhuriyyət" qəzetinə müsahibəsi:

Sumqayitfakt.Az müsahibəni təqdim edir...

Deyirlər, şeirlər məktublarda gözəldir…

- Elədir. Məktublardakı şeirlərdə izah olunmayan bir sirr var, məhrəmlik var. Məktubu yazan da, alan da elə bilir ki, bu şeir ancaq onlara məxsusdur.

Susuzluqda su təki, 
Bəlkə, yadına düşəm. 
Mənə bir məktub göndər,
Bilim ki, ölməmişəm. 

Hələ o məktubların arasına gül-çiçək ləçəkləri qoyulanda!.. Doymaq olmurdu - nə oxumaqdan, nə də ətrindən. 

Nə özün gəlirsən, nə məktubların, 
səninlə gedibmi yox olan yollar?! 
Bəlkə Yer üzündən qırılıb düşüb, 
bizim aramıza yıxılan yollar?!

İndi yeni texnologiyalar, dəblər şeir-romantika dolu məktubları da elə bil dəyərdən salıb. Qələmlə yazılıb həsrətlə cavabı gözlənilən sevgi məktubları və indiki virtual aləmin “ustün” fərqlərini təqribən belə müqayisə edək də: Vaxtilə qızlar gəlin köçəndə, əksər hallarda, gəlinlik paltarı ömürlük olaraq onların olurdu. Sandıqda, boxçada saxlayardılar. İllər sonra ailədəki “ağlı kəsən” qız uşaqları analarının gəlinlik paltarını geyib güzgüylə “gəlin-gəlin” oynardılar. Bəs, indi? Bir neçə saatlığa kirayə!..

Xəyalları yazmaq yaşantılardan çətin olur deyəsən…

- Bəzən isə əksinə olur. Elə yaşantılar var ki, ya sözlə ifadə etmək olmur - “sözə yatmır” , ya da insan onu özüylə aparır. Bir sirr kimi heç kimə açmaq istəmir. Xəyallar isə insana sərf eləyən formada qurulur... 

Şeir istedad tələb edir, yoxsa zəhmət?

- Hər ikisi olmalıdı. İstedadı olmayan qrafomanlar var ki, zəhmət hesabına onlarda “şeir yazmaq istedadı” yaranır. Yəni, şerin bütün qaydalarını öyrənirlər, quraşdıra bilirlər. Ancaq onların yazdıqlarında ürək və poeziya olmur. Vergili şairlər də olub ki, elə indi də var, tənbəllik... və digər səbəblərdən özlərini məhv ediblər.

Oxumadan yazmağın nəticəsi necə olur?

- İcazə verin mən də sizdən soruşum: Elə bir tanınmış aşıq, şair, yazıçı tanıyırsız ki, ustad yanına getməsin, təhsili olmasın, kitab oxumasın? Yaxud, əksinə... Hə, bircə Aşıq Ələsgəri deyə bilərsiniz. O da yalandır. Onun yaradıcılığını diqqətlə izləsəniz, görərsiniz ki, o, dünyadan, elmdən xəbərsiz olmayıb. Hə, bir də nəyi deyim? Gəl belə bir sual da qoyaq: Bəs, oxuyub yazmağın nəticəsi necə olur? Nümunə kimi deyim. Məşhur yapon yazıçısı P.Aqutaqava cəmi 35 il yaşayıb. Rus və Avropa ədəbiyyatını o ki, var oxuyub. İndi mən tez-tez onu oxumaq istəyirəm...

Şair olmaq üçün Səməd Vurğuna (zahirən) mütləq bənzəmək (məcburən özünü bənzətmək) vacibdir?

- Bu stereotip çoxdan ölüb. Guya şair dağınıq saçlı, fikirli, yeyən-içən, barmaqları arasında siqaret, dərvişəbənzər, nimdaş geyimli, nə bilim daha nə... olmalıdır. S.Vurğuna bənzəməyə qalanda: “Mənim ayaqqabımı geysən də, yerişimi ki yeriyə bilməzsən”. Təəssüf ki, sairi Vaqif Səmədoğlu gülünc formada millətə təqdim elədi. Moşunu fərdilikdən çıxarıb, ümumiləşdirdi. Bu, onun ən böyük səhvlərindən idi!

Gənclər orta yaşlı nəsilə niyə birməanlı fikirdə olmurlar?

- İstedadlı gənclərimiz də var. Ancaq çoxları özlərini tanıtmaq, “mən də varam” demək üçün ona-buna daş atmaqla məşğuldu. Ən yaxşısı ortaya bədii nümunə qoysunlar.

Müasir ədəbi tənqid Sabir Yusifoğlunu qane edir?

- Yox!..

Sabir müəllim, sizi ədəbiyyatçılar yorur, yoxsa ədəbiyyat?

- Ədəbiyyatçılardan və ədəbiyyatdan heç vaxt yorulmuram. Məni ədəbiyyata dəxli olmayan, ancaq hansı yollasa bura özünü zorla pərçimləyənlər yorur. Adamın istedaddan başqa hər şeyi var: Ev-eşik, fazenda,vəzifə, pul, səlahiyyət. Bizə çatası çox payımızı mənimsəyib, yenə gözü döymur. Ədəbiyyatda da yerimizə əl uzadır…

Biz niyə “Nobel”ə uzaqdan baxırıq? Daha doğrusu, yaxından baxa bilmirik.

- Əslində, “Nobel” mükafatı da bizim neftimiz hesabına verilir. Və bu mükafatı almağa hamıdan çox haqqımız var. Əgər onda - Nobeldə vicdan olsaydı, vəsiyyətində yazmalıydı: “Heç nədən asılı olmayaraq hər il ən azı bir nominasiya üzrə mükafat Azərbaycandan olan alimə, yazara verilsin”. 

Ancaq, çox ağıllı adam olub. Elə eləsəydi, bu mükafat uğrunda il boyu bir-birimizi qırıb, axırımıza çıxardıq. Başqa amillər də var. Bunları yuxarıda dedik: Qrafomanlıq, kitab oxumamaq, yalançı, saxta yazıçı- şair obrazı, bir-brini bəyənməmək, Sağlam ədəbi mühitin olmaması… Müsəlman dünyasından cəmi üç yazar alıb bu mükafatı…

Kimləri oxuyursunuz?

- Doğrusu, əlimə keçəni. Bir-iki misra, cümlə xoşuma gəlsə sonacan. Yox… qırağa tullayıram. Tez-tez Nəsimiyə, Füzuliyə, Əli Kərimə qayıdıram. Hemenqueyin hekayələrini, Gi De Mopassanın və Aqutaqavanın novellalarıni, Q.Q. Markesi, Ç.Aytmatovu təzədən oxuyuram. Ruscasını.

Şeirin şair üçün yaxşılığı….

- Şerin hansı şairə yaxşılığı dəyib ki?.. Puşkin, Lermontov dueldə vuruldu, Lorka, Müşfiq, Cavid diktatura qurbanı oldu. M.Arazı haqsızlıq vurdu, Ə. Kərimi sıradan çıxartdılar. Xeyri nədi? - Ruh rahatlığı. Hardansa oxumuşdum: “Hər dəfə yeni şerimi yazıb bitirdikdən sonra özümü ilk övladını sağ-salamat dünyaya gətirən ana kimi hiss edirəm”…

Söhbətləşdi: Əntiqə Səməndər.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər