Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu

“O ermənini bizim həkimlər əməliyyat etdi”

Baxılıb: 2921     Tarix: 15-12-2021 18:45   
“O ermənini bizim həkimlər əməliyyat etdi”

“Burada heç bir sirr yoxdur. Siyahı bəllidir, beynəlxalq təşkilatlar və ermənilər də bundan xəbərdardır. Məsələn, noyabr ayının ortalarında hərbi təxribat həyata keçirərkən 30-dan artıq erməni hərbçisi saxlanılıb. Onların biri yaralı idi və bizim həkimlər onun qeydinə qaldılar, o, əməliyyat olundu və sağalan kimi biz onu geri qaytardıq. Bu, həqiqətdir və təsdiqini tapmış məsələdir”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev “El Pais" qəzetinə verdiyi müsahibədə jurnalistin “Siz iddia edirsiniz ki, onlar terrorçudurlar, digər tərəf iddia edir ki, onlar hərbi əsirdirlər. Bizim adlar və sayın göstərildiyi siyahını əldə etmək imkanımız varmı?” sualına cavabında deyib.

Dövlət başçısı bildirib ki, həmin qrupa daxil olan daha 10 nəfər də geri qaytarılıb və onların bir çoxu artıq Ermənistanda həbsdədir: “Beləliklə, Ermənistanın noyabrdakı hərbi təxribatı nəticəsində təqribən 30, ötən ilin noyabrından bəri isə 40-a yaxın hərbçisi əsir düşüb və biz bu rəqəmləri gizlətmirik. Ermənistan tərəfinə əsirlərin ad, soyad və təvəllüdləri ilə bağlı siyahı təqdim edilib. Yəni, onların bundan xəbəri var, beynəlxalq təşkilatların məlumatı var, biz bunu gizlətmirik, çünki burada sirr yoxdur. Eyni zamanda, məhkəmələrin qərarları ictimaiyyətə açıqdır və hər kəs əsirlərin sayını bilir.

Lakin yenə də deyirəm, bu, ədalət mühakiməsi məsələsidir. O şəxslər ki, cinayət törətməyib, azərbaycanlıları qətlə yetirməyib, onlar geri qaytarılıb. Artıq qeyd etdiyim kimi, belə şəxslərin sayı 100-dən çoxdur. Məndə olan məlumata görə, xırda cinayətlər törədənlər yüngül cəzalar alıb. Ancaq azərbaycanlıların qətlində əli olanlar məhkəmə qarşısında cavab verməlidir və bu, istənilən ölkədə belədir. Bir daha deyirəm, bu şəxslər İkinci Qarabağ müharibəsinin başa çatmasından 20 gün sonra saxlanılıb. Onlar azad olunmuş ərazilərə noyabrın 26-da göndərilib və ötən il dekabr ayının əvvəlində saxlanılıblar. Növbəti qrup isə qeyd etdiyim kimi, bu ilin noyabrında saxlanılıb. Burada mənzərə tamamilə şəffafdır”.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər