Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Ən çox oxunanlar
Sorğu

Prokurorluq "Emin 444”ün qətli ilə bağlı məhkəmə qərarından apellyasiya protesti verib

Baxılıb: 390     Tarix: 11-11-2021 15:23   
Prokurorluq "Emin 444”ün qətli ilə bağlı məhkəmə qərarından apellyasiya protesti verib


Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Səfərov Emin Ehtiram oğlunu qəsdən öldürməkdə təqsirləndirilən şəxslərdən biri - Yusifov Zaur Əli oğlunun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində bəraət verilməsi ilə bağlı informasiyalar yayılıb.

Sumqayitfakt.Az Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 08 oktyabr tarixli hökmü ilə təqsirləndirilən şəxs - Zaur Yusifova Cinayət Məcəlləsinin (CM) 120.2.1 və 120.2.4-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, digər təqsirləndirilən şəxs - Həsən Tağıyev isə CM-in 120.2.4 və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə təqsirli bilinib qəti olaraq 18 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmaması və cinayət qanununun normasının düzgün tətbiq edilməməsi əsası ilə dövlət ittihamçısı tərəfindən həmin hökmdən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilib.

Qeyd edək ki, qətlə yetirilən Emin Səfərov kriminal aləmdə “Emin 444” kimi tanınıb.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər