Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu

Namiq Əliyev Dünya Güləş Birliyinin konfransında iştirak edib

Baxılıb: 3101     Tarix: 31-10-2021 15:28   
Namiq Əliyev Dünya Güləş Birliyinin konfransında iştirak edib


Serbiyanın paytaxtı Belqradda Dünya Güləş Birliyinin (UWW) növbəti konfransı keçirilib.

Sumqayitfakt.Az xəbər verir ki, 23 yaşadək güləşçilərin dünya çempionatına 1 gün qalmış baş tutan ənənəvi tədbirdə qurumun Büro üzvü, Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev də iştirak edib.

Son 4 ilin hesabatı haqqında danışan UWW-nin prezidenti Nenad Laloviç üzləşdikləri problemləri qabardıb: "Pandemiya ilə əlaqədar yaranmış problemləri həll etmək üçün çoxlu müzakirəmiz və iclasımız baş tutdu. Mən başa düşürəm ki, yerli federasiyalar bu durumdan necə əziyyət çəkib. Yarışların keçirilməsi, səfərlərin təşkili və maliyyə ilə bağlı problemlər var idi. Hətta mayda belə Tokio-2020 Yay Olimpiya Oyunlarının və dünya çempionatının keçiriləcəyindən əmin deyildik. Bu çətin vəziyyətdə işini uğurla icra edən tibbi heyətə də təşəkkürümü bildirirəm".

Laloviç Tokio olimpiadasının yaxşı keçdiyini bildirib: "Tokioda güləşçilər fantastik görüşlər keçirdi. Yeniyetmələr, gənclər və böyüklər arasında dünya çempionatlarının təşkilatçılığına görə Macarıstan, Rusiya və Norveç Güləş Federasiyasına minnətdaram. Etiraf edim ki, bir ay əvvəl U-23 dünya çempionatını təxirə salmaq barədə fikirləşirdim. Çünki Serbiyada gündəlik koronavirusa yoluxma sayı xeyli artmışdı. Təşkilatçılar və yerli federasiya ilə müzakirələr apardıq. Yekunda yarışı keçirmək mümkün oldu".

Daha sonra ali qurumun tabeliyində olan komissiyaların rəhbərləri çıxış edərək hesabat veriblər.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər