Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu

Tallindəki Azərbaycan Evində soydaşlarımızla görüş təşkil edilib

Baxılıb: 392     Tarix: 31-10-2021 13:28   
Tallindəki Azərbaycan Evində soydaşlarımızla görüş təşkil edilib


Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Diasporuna Dəstək Fondu (ADDF) əməkdaşlarının Estoniyaya səfəri çərçivəsində Tallin şəhərində soydaşlarımızla görüş keçirilib.

Sumqayitfakt.Az xəbər verir ki, Tallin Azərbaycan Evində baş tutan görüşdə Estoniyadakı Azərbaycan icması ilə yanaşı, Latviya, Litva və İspaniya Krallığından bu ölkəyə səfərə gələn soydaşlarımız da iştirak ediblər.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Görüş zamanı ADDF-in icraçı direktoru Əkrəm Abdullayev və başqaları çıxış edərək, fondun fəaliyyət istiqamətləri, Vətən müharibəsi dönəmində xaricdə, eləcə də Baltikyanı ölkələrdə yaşayan soydaşlarımızın Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində keçirdiyi müxtəlif aksiyalar və layihələr barədə danışıblar.

Tədbir geniş fikir mübadiləsinin aparılması və diaspor fəaliyyətinin gücləndirilməsini nəzərdə tutan ideya və təkliflərin səsləndirilməsi ilə başa çatıb.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Diasporuna Dəstək Fondunun və Tallindəki Azərbaycan Evinin əməkdaşları Türkiyə Cümhuriyyətinin 98-ci ildönümü münasibətilə qardaş ölkənin Estoniyadakı səfirliyinin təşkil etdiyi rəsmi qəbulda da iştirak ediblər.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər