Xəbər xətti
02-08-2021
01-08-2021
31-07-2021
Yazarlar





Rublika
Arxiv
«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu

Nazir: "BMT-nin Ali nümayəndəsi torpaqlarımızın, irsimizin hansı vəziyyətdə olduğunu gördü"

Baxılıb: 375     Tarix: 22-06-2021 18:33   
Nazir: "BMT-nin Ali nümayəndəsi torpaqlarımızın, irsimizin hansı vəziyyətdə olduğunu gördü"
Anar Kərimov


“BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Angel Moratinosun Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri əlamətdar hadisədir, Qələbəmizdən sonra bu ali strukturun yüksək səviyyəli nümayəndəsinin tarixi səfəridir”.

Sumqayitfakt.Az xəbər verir ki, bu sözləri Füzuli rayonunda səfərdə olan mədəniyyət naziri Anar Kərimov bildirib.

Mədəniyyət naziri qeyd edib ki, Migel Angel Moratinos artıq Füzulidə bir neçə yerdə olub və erməni vandallığını görüb: “BMT-nin Ali nümayəndəsi torpaqlarımızın, irsimizin hansı vəziyyətdə olduğunu gördü. İbadətgahlar, məscidlər dağıdılıb və ya vandalizmə məruz qalıb. BMT-nin Sivilizasiyalar Alyansının əsas məqsədlərindən biri bu abidələrin mühafizəsi, insanların dua edə biləcəyi bu yerlərə qayıtmasının təmin edilməsidir”.

Mədəniyyət Nazirliyinin Füzuli rayonu ilə bağlı gələcək planları haqqında danışarkən Anar Kərimov qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığı ilə Füzuli və Cəbrayıl rayonlarının Baş planları hazırlanır.

“Biz Füzulinin bərpası prosesinin necə həyata keçiriləcəyi mövzusunda müvafiq strukturların rəhbərləri ilə müzakirələr aparacağıq. Prezident dağıdılmış hər bir rayonda işğal və qələbə muzeylərinin tikilməsi ilə bağlı tapşırıq verib. Bu günlərdə Ağdamda ölkə başçısının iştirakı ilə muzeyin təməlqoyma mərasimi keçirilib. Füzuli rayonunda da bu cür muzeylərin yaradılması planlaşdırılır” – nazir əlavə edib.
Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər