Xəbər xətti
24-07-2021
23-07-2021
Yazarlar





Rublika
Arxiv
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Ən çox oxunanlar
Sorğu

İran səfiri: "Azərbaycanın ölkəmizə verəcəyi kreditə aid müzakirələr gedir"

Baxılıb: 357     Tarix: 22-06-2021 14:33   
İran səfiri: "Azərbaycanın ölkəmizə verəcəyi kreditə aid müzakirələr gedir"
Seyid Abbas Musəvi


"Hazırda İranın Rəşt şəhərindən Astara şəhərinə dəmir yolu xətti çəkilir. Burada isə Azərbaycan və İranın dəmir yolu xətləri birləşir. Tikinti işləri başa çatdıqdan Azərbaycan və İran Şimal-Cənub Nəqliyyat Dəhlizində ən mühüm tranzit ölkələrdən olacaq".

Bu barədə Sumqayitfakt.Az “Report”a istinadən xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.

"Fars körfəzindən Astaraya qədər dəmir yolu xətti yoxdur, amma nəzərdə tutmuşuq ki, ora qədər gələcəyik. Nəticədə körfəzdən dəmir yolu ilə İran və Azərbaycan vasitəsilə Rusiyaya və digər ölkələrə yük daşınacaq. Bunun hesabına Azərbaycanla İran arasında dəmir yolu ilə daşınan yüklərin illik həcmini 2 milyon tona çatdırmaqla bağlı qarşımıza məqsəd qoymuşuq”, - deyə o, qeyd edib.

İran səfiri Rəşt-Astara dəmir yolunun inşası üçün Azərbaycanın ölkəsinə 500 milyon ABŞ dolları kredit ayırmaq barədə qərarından da danışıb və bu məsələyə aid müzakirələr getdiyini bildirib: "Kredit məsələsi Prezident İlham Əliyevlə son görüşümüzdə müzakirə edilib. Hazırda bu istiqamətdə bir sıra texniki problemlər var və onların aradan qaldırılmasında çalışırıq".

Xatırladaq ki, Azərbaycan və İran həm də iki ölkənin sərhədində yerləşən Astaraçayın üzərində yeni körpünün tikintisini planlaşdırır.
Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər