Xəbər xətti
24-07-2021
23-07-2021
Yazarlar





Rublika
Arxiv
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Ən çox oxunanlar
Sorğu

Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində paneldə çıxış edib - FOTO

Baxılıb: 368     Tarix: 18-06-2021 22:12   
Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində paneldə çıxış edib - FOTO


Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumunda təşkil olunan paneldə çıxış edib.

Sumqayitfakt.Az xəbər verir ki, “Virtual dünyada saxta xəbərlər” mövzusunda keçirilən paneldə hazırda qlobal problemə çevrilən saxta, uydurma informasiyaların yayılması, onun yaratdığı təhlükələr və vəziyyətdən çıxış yolları müzakirə olunub.

Hikmət Hacıyev ölkəmizin müxtəlif vaxtlarda müəyyən dairələr tərəfindən məqsədli şəkildə yayılan “feyk nyus” hücumlarına məruz qaldığını, hətta bəzi xarici kütləvi informasiya vasitələrinin həmin həqiqətə uyğun olmayan informasiyalara istinadə edərək Azərbaycan haqqında yanlış rəy formalaşdırmağa çalışdığını bildirib.

Qeyd edilib ki, Azərbaycan haqqında həqiqi məlumat yayan rəsmi şəxslərin sosial media hesablarının isə bağlandığı halları qeydə alınıb.

Münaqişələrin qarşısının alınması və erkən xəbərdarlıq mərkəzinin prezidenti Lulian Cifu, tanınmış yazıçı, Portuqaliyanın keçmiş Avropa naziri Bruno Macaes, Qətərin xarici işlər nazirinin köməkçisi və xarici işlər nazirliyinin sözçüsü Lolvah Rəşid Əl- Xatir panelin çıxışçıları olublar.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Düsen Kaseinov, ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri, beynəlxalq ekspert Metyu Brayza, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli, o cümlədən səfirlər, deputatlar, digər nüfuzlu şəxslər iştirak ediblər.

Çıxışlardan sonra suallar cavablandırılıb.
Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər