Xəbər xətti
02-08-2021
01-08-2021
31-07-2021
Yazarlar





Rublika
Arxiv
«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu

Sarayevoda "Qərbi Balkanlar - irəliləyə gedən yol” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Baxılıb: 385     Tarix: 17-06-2021 13:35   
Sarayevoda "Qərbi Balkanlar - irəliləyə gedən yol” mövzusunda beynəlxalq konfrans keçiriləcək


Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Amerikanın Xarici Siyasət üzrə Milli Komitəsi (NCAFP) və Sarayevo Müştərək Cəmiyyətlər Fondu ilə birgə 28 iyun 2021-ci il tarixində Sarayevoda "Qərbi Balkanlar - irəliləyə gedən yol” mövzusunda beynəlxalq konfrans keçirəcək.

Sumqayitfakt.Az xəbər verie ki, Nyu-Yorkda 2019-cu il BMT Baş Assambleyası çərçivəsində təşkil olunan ilk NCAFP və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəyirmi masasında başlayan "Qərbi Balkanlar - irəliləyiş yolu" adlı layihənin davamıdır.

COVID-19 pandemiyasının yaratdığı dərinləşən qeyri-müəyyənlik və Qərbi Balkan ölkələrinin daxili işlərinə zərərli xarici faktorların davamlı müdaxiləsi fonunda, bu bölgə üçün irəli gedən yolu nəzərdən keçirmək və qiymətləndirmək üçün xüsusi əhəmiyyət kəsb edəcəkdir.

Balkanlar, Avropa və Dünya COVID-19 pandemiyasının yaratdığı qlobal krizislə, mürəkkəb və çətin olan dərin sosial, iqtisadi, siyasi və ekoloji problemlərin həllini dahada çətinləşdirib.

Bu Forum həm də iqtisadi inkişaf, regional əməkdaşlıq və Qərbi Balkanlarda inteqrasiya kimi əsas xarici siyasət məsələləri üzrə dialoqa əsaslanacaqdır. Çətin məsələləri həll etmək və Qərbi Balkanlar bölgəsi ilə lazımi şəkildə yenidən əlaqə qurmaq, zəmanəmizin ən mürəkkəb məsələləri ilə bağlı siyasət hazırlamaqda tövsiyələr təqdim edəcək.

Açılış nitqini Bosniya və Herseqovina prezidenti Sefik Dzaferoviç edəcək. Tədbirdə Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Lagumdzija, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov, Amerika Xarici Siyasət üzrə Milli Komitəsinin prezidenti Susan Elliott , İrlandiyanın sabiq baş naziri Bertie Ahern, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Baş Katibin müavini İlahə İbrahimli və digər şəxslər iştirak edəcəklər.
Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər