Xəbər xətti
02-08-2021
01-08-2021
31-07-2021
Yazarlar





Rublika
Arxiv
«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu

General Kərəm Mustafayevlə qardaşı həbs olunub?

Baxılıb: 21 100     Tarix: 26-12-2015 16:02   
General Kərəm Mustafayevlə qardaşı həbs olunub?

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kərəm Mustafayevin həbs olunması ilə bağlı xəbərlər yayılıb. Artıq bir neçə gündür ki, bu xəbər Naxçıvan əhalisi arasında sürətlə yayılır. Kərəm Mustafayevin həbs olunması xəbəri ən əsas müzakirə mövzusudur.

Sumqayıtfakt.az xəbər verir ki, bu barədə musavat.com-u məlumatlandıran mənbə həmçinin onu da iddia edir ki, generalın qardaşı Nemət Mustafayev də həbs edilib.

Mənbə bildirir ki, Nemət Mustafayevin həbs edilməsinin səbəbinin tikinti sektorunda yol verdiyi külli miqdarda yeyintidir.

Qeyd edək ki, Naxçıvanda olan hərbi hissələrdəki bütün tikinti işlərinə K.Mustafayevin qardaşı nəzarət edirdi. Nemət Mustafayevin nəzarət etdiyi tikinti işlərində ciddi yeyinti halları aşkarlanıb.

Hadisələrin üstü Nemət Mustafayevin hərbi hissələrdən birində yüksək rütbəli hərbçi ilə arasında baş verən davadan sonra açılıb. Belə ki, N.Mustafayev mülki şəxs kimi bütün hərbi hissələrdə qardaşına görə “söz sahibi” olub. O, mülki şəxs olsa da ən yüksək rütbəli hərbçilərə belə əmrlər verirmiş, hətta onları təhqir edirmiş. Bir neçə gün əvvəl yüksək rütbəli hərbçilərdən birini təhqir edən N.Mustafayev bunun cavabını yumruq zərbəsi ilə alıb.

Redaksiyamızı bilgiləndirən mənbə deyir ki, N.Mustafayevi vuran hərbçi hazırda həbsdədir. Həmin hərbçi isə Müdafiə Nazirliyində yüksək post tutan şəxslərdə birinin adamı olub. Həbsdə olan hərbçi vəziyyəti nazirliyə çatdıra bilib. Baş verən hadisədə N.Mustafayevin günahkar olduğu, buna sübut kimi isə hadisəyə şahidlik edən şəxslərin olması göstərilib.

Mənbə bildirir ki, bu qalmaqladan sonra N.Mustafayevin fəaliyyəti araşdırılmağa başlanılıb. Onun qardaşının tutduğu postdan istifadə edərək bir neçə dəfə bu cür hallara yol verməsi aşkarlanıb. Daha sonra N.Mustafeyevin nəzarət etdiyi tikintidə yol verdiyi yeyintilər aşkarlanıb. Məlum olub ki, o daha çox tikintilərdə canlı qüvvə kimi hərbi hissələrdəki əsgərlərdən istifadə edirmiş. Bununla da işçi qüvvəsinə ayrılan vəsaiti mənimsəyirmiş.

Mənbə N.Mustafayevin həbsindən sonra general K.Mustafayevin də həbs edildiyini iddia edir. K.Mustafayevin həbsinin səbəbi isə yol verilən yeyintiyə nəzarət etməməsi, buna bir başa cavabdeh olduğu halda göz yumması göstərilir.

Bundan əlavə generalın “MTN işi” ilə əlaqəsinin olduğu da iddia olunur.

Məlumatlı mənbə deyir ki, hazırda generalın həbs edilməsi səbəbi kimi bu iki iddia var. Lakin ən çox danışılan isə küllü miqdarda dövlət vəsaitinin mənimsənilməsidir.

Onu da əlavə edək ki, xəbər rəsmi qaynaqlardan təsdiqlənmədiyi üçün biz bu xəbərin gerçək olduğunu iddia etmirik. Buna baxmayaraq xəbərin ictimai və siyasi əhəmiyyətini dərk edərək yaymaq məcburiyyətindəyik. Həm də ona görə ki, bu məlumatla bağlı rəsmi qaynaqlardan məlumat ala bilmirik.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər