Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Ən çox oxunanlar
Sorğu

Paltar-zad aldıq, dincəldik" - 20 min manat oğurlayan şəxs -VİDEO/ FOTO

Baxılıb: 4438     Tarix: 03-02-2016 14:20   
Naxçıvanlı gənclər Göygöldə marketdən külli miqdarda pul oğurlayıblar

Paltar-zad aldıq, dincəldik" - 20 min manat oğurlayan şəxs

Naxçıvan vətəndaşı olan həmin şəxslər marketdən 16 min manatdan çox nağd pul, 2 min manat dəyərində müxtəlif danışıq kartları oğurlamaqda şübhəli bilinirlər.

Ötən il dekabrın 20-dən 21-nə keçən gecə Göygöl şəhəri, Heydər Əliyev prospektində yerləşən marketlərdən birindən oğurluq edilib. Obyekt sahibi isə oğurluqdan səhər saatlarında xəbər tutub. Marketi açmağa gələn sahibkar, seyfdə olan külli miqdarda nağd pul və müxtəlif danışıq kartlarının oğurlandığını görüb.

Maarif Məmmədov- mağaza sahibi: “Səhər gəlib otağıma keçəndə seyfin yerdə olduğunu gördüm. İçərisinə baxanda gördüm ki, orada olan 16 min 28 manat nağd pul və 2300 manat dəyərində konturlar oğurlanıb. Yalnız orada qalan 20 manat dəyərində qəpik pullar idi”.


Dərhal hadisə yerinə cəlb olunan asayiş keşikçiləri ilkin istintaq-əməliyyat tədbirlərinə başlayıb. Göygöl Rayon Polis Şöbəsi və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi əməkdaşları ilə birgə keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Naxçıvan vətəndaşları - 22 yaşlı Sultan Sultanlı və onun həmyaşıdı Asim İsmayılov saxlanılıblar.

İlqar Əhədov- baş müstəntiq: “Qabaqcadan əlbir olub qrup yaradaraq, özləri ilə götürdükləri dəmir parçası ilə birlikdə marketə daxil olublar. Oradakı seyfdə olan 20 min manata yaxın nağd pulu, danışıq kartlarını götürüblər”.

Saxlanılan hər iki gənc törətdikləri əməli etiraf ediblər. Onlar bildiriblər ki, marketə damdan daxil olublar. Seyfi isə özləri ilə götürdükləri dəmir parçası ilə açıblar. Əldə etdikləri pulla Gürcüstanda bir neçə gün istirahət edən dostlar yenidən ölkəyə qayıdıblar.

Sultan Sultanlı - saxlanılan şəxs: “Dam örtüyünə çıxıb, içəri daxil olduq. Pəncərədən içəri daxil olduq. Kompüterlər olan masanın altında əldədüzəlmə kassa var idi. Onu dəmir parçası ilə açdıq. Orada 10 min manat dəyərində pul və konturlar var idi, onları götürdük”.

Asim İsmayılov - saxlanılan şəxs: “Əlimizdə dəmir parçası ilə içəri daxil olmuşduq. Oradan çıxandan sonra isə Gürcüstana getdik, özümüzə paltar-zad aldıq, dincəldik ”.

Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə iş başlanılıb, istintaq aparılır (Region TV).



Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər