Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Ən çox oxunanlar
Sorğu

General dəhşətli faktlar açıqladı

Baxılıb: 3730     Tarix: 17-01-2016 17:48   
General dəhşətli faktlar açıqladı


Ötən il Azərbaycanda 2220 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 894 nəfər həlak olub, 2265 nəfər yaralanıb.


Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov idarədə keçirilən geniş əməliyyat müşavirəsində bildirib.

O qeyd edib ki, ötən il həyata keçirilmiş tədbirlər, o cümlədən yol hərəkəti əleyhinə olan inzabati xətaların qarşısının alınması işinin gücləndirilməsi, bu sahədə, bir tərəfdən vətəndaşların maarifləndirilməsi nəticəsində onlarda qanuna hörmət hissinin daha da artması, digər tərəfdən, inzibati məsuliyyət tədbirlərinin təkmilləşdirilməsi öz müsbət nəticələrini verib. Ümumilikdə yol-nəqliyyat hadisələrinin, eləcə də qəzalarda həlak olan və yaralananların sayında nəzərəçarpacaq azalma qeydə alınıb. Belə ki, ötən il ərzində respublika ərazisində 2220 yol-nəqliyyat hadisəsi (YNH) qeydə alınıb, nəticədə 894 nəfər həlak olub, 2265 nəfər yaralanıb. 2014-cü illə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 15,7 faiz, həlak olanların sayı 20,5 faiz, yaralananların sayı isə 15,4 faiz azalıb.


Bildirilib ki, respublika üzrə qeydə alınmış YNH-lərin 94,5 faizi (2098) sürücülərin yol hərəkəti qaydalarını pozmaları, o cümlədən 36,9 faizi (821) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 27,4 faizi (609) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 9,5 faizi (212) yolayrıclarını keçmə qaydalarının pozulması, 2,4 faizi (53) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib.

Hadisələrin 41,6 faizini (923) piyadaların vurulması təşkil edib, nəticədə 333 piyada həlak olub, 673-ü yaralanıb. Piyadaların yol hərəkəti qaydalarını pozmaları nəticəsində 65 yol-nəqliyyat hadisəsi baş verib (avtosfer.az).


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər