Xəbər xətti
02-08-2021
01-08-2021
31-07-2021
Yazarlar





Rublika
Arxiv
«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu

“Univermaq Zaman”ın ailəsində qalmaqal - oliqarx xəstəxanalıq oldu...

Baxılıb: 32 032     Tarix: 11-01-2016 10:51   
Oğlu atasının bütün əmlakını əlindən aldı, oliqarx xəstəxanalıq oldu
“Univermaq Zaman”ın ailəsində qalmaqal
Sumqayıtfakt.az

Sumqayıtın ən varlı adamlarından biri kimi tanınan, “Univermaq Zaman” ləqəbli Zaman İskəndərovla bağlı xəbərlər yayılıb. İskəndərovlara yaxın mənbənin musavat.com-a verdiyi məlumata görə, bu ailədə ciddi qalmaqal baş verib. Səbəb kimi mülk davası göstərilir.

Mənbə bildirir ki, Zaman İskəndərovun oğlu Nizami İskəndərov atasının bütün əmlakını öz əlinə keçirib. Sumqayıtda və digər yerlərdə ata İskəndərova məxsus nə qədər daşınar və daşınmaz əmlak var, Nizami İsgəndərov öz adına keçirib. Musavat.com-u bilgiləndirən mənbənin iddiasına görə, oğlunun bu hərəkətindən sarsıntı keçirən Zaman İskəndərov xəstəxanalıq olub. Onun beyninə qan sızdığı, hazırda yataq xəstəsi olduğu da gələn xəbərlər sırasındadır. Deyilənə görə, Zaman İskəndərovu ən çox sarsıdan oğlu Nizaminin Sumqayıtda atasına məxsus univermağın əsasında tikdirdiyi “Cavid” ticarət mərkəzini tamamən onun əlindən alması olub. Ailəyə yaxın mənbə bildirir ki, Nizami İskəndərov atasına ayda 2-3 min manat maaş verir. Ona deyib ki, çox səs-küy salsa, bu məbləği verməkdən imtina edə bilər.

O da deyilir ki, Nizami İskəndərovun bacısı, Sumqayıtdakı 1 saylı doğum evinin baş həkimi olan Sevda İskəndərli qardaşının bu hərəkətindən qəzəblənib və onunla dalaşıb. Qardaş-bacı İskəndərovların arasında böyük qalmaqal yaşandığı, onların hazırda küsülü olduğu, hətta yaxın zamanlarda işin məhkəməyə qədər gedib çıxacağı deyilir. Mənbə onu da söyləyir ki, Sevda İskəndərlini heç də atasının səhhəti maraqlandırmır, o, qardaşı ilə mülk üstündə dava edir: “Sevda həkim narahatdır ki, atasının var-dövləti, bütün sərvəti, mal-mülkü qardaşının əlinə keçir, ona heç nə çatmır”.

Xatırladaq ki, Nizami İsgəndərov vaxtaşırı mətbuatın gündəminə gəlir. Onun ən çox ictimai diqqət mərkəzinə çıxmasına bir səbəb də 2013-cü ilin yayında “Nabran Holiday Village”də baş verən faciə olmuşdu. Nizami İsgəndərova məxsus həmin istirahət mərkəzinin hovuzunda azyaşlı uşaq ayağını itirmişdi. Texniki təhlükəsizlik tədbirlərinin görülməməsi ucbatından 2 yaşlı uşağın ayağını hovuzun nasosu qopartmışdı.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər