Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu

Qarabağda sülhməramlı postlarının sayı niyə artıb?

Baxılıb: 374     Tarix: 04-09-2022 11:16   

Rusiya Müdafiə Nazirliyinin 31 avqust tarixində etdiyi paylaşımda Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentin nəzarət postlarının sayını artırdığı diqqətdən yayınmayıb.

Belə ki, Laçın şəhəri və Sus kəndinin Azərbaycanın nəzarətinə verilməsindən sonra, yəni avqustun 26-da sözügedən məntəqələrdə yerləşən postlar sökülüb.
Nəticədə Rusiya sülhməramlılarının Qarbağdakı nəzarət postlarının sayı 27-dən 25-ə düşüb. Lakin bir neçə gün sonra dərc olunan bülletendə postların sayının 30-a çatdığı diqqətdən yayınmayıb.
Bəs, Rusiya sülhməramlılarının postlarının sayını artırmasına səbəb nədir?
Sumqayitfakt.Az bizim.media-ya istinadən bildirir ki, sualı cavablandıran hərbi ekspert Ədalət Verdiyev hazırda Rusiya sülhməramlılarının həm keçmiş Laçın yolunda, həm də yeni alternativ yolda funksiyalarını yerinə yetirdiklərini açıqlayıb:
"Bu da onlardan postların sayının artırılmasını tələb edir. Hesab edirəm ki, bu, böyük ehtimalla, həm Azərbaycan, həm də Rusiya komandanlığı arasında razılaşdırılmış prosesdir".
Ədalət Verdiyev əlavə edib ki, sülhməramlı postlarının sayının artırılması heç də Qarabağda erməni təxribatlarının qarşısının alınmasına kömək etməyib:
"Biz sentyabrın 2-də Armen Qriqoryanın, böyük ehtimalla, yeni yolla Xankəndinə səfər etməsinə şahidlik etdik. Ona görə də, hesab edirəm ki, bu məsələlərdə Azərbaycan mümkün təxribatların və qeyri-qanuni səfərlərin qarşısının alınması üçün rusların nəzarətindən əvvəl öz ordumuzun vasitəsilə nəzarəti təmin etməlidir. Rusların işi isə yalnız atəşkəsə nəzarət etməkdən ibarət olmalıdır"


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər