Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Ən çox oxunanlar
Sorğu

“Laçın və Zabuxdan sonra “Arsax” mühasirəyə düşəcək” - Eks erməni nazir

Baxılıb: 4104     Tarix: 10-08-2022 10:14   

"Əgər Laçın və Zabux avqustun 25-də Azərbaycana verilsə, o zaman "Arsax" (Qarabağdakı qondarma rejim) mühasirəyə düşəcək".
 
Sumqayitfakt.Az
 xəbər verir ki, bunu avqustun 9-da müstəqil Ermənistanın birinci xarici işlər naziri, "İrs" Partiyasının lideri Raffi Ovannisyan Respublika meydanında jurnalistlərlə söhbətində deyib.
"Bir neçə gün əvvəl gördük ki, Təhlükəsizlik Şurasının katibi və Xarici İşlər Naziri Laçının təslim olması ilə bağlı heç bir planı qəbul etmədiklərini açıqlayıblar.Bu, rəsmi İrəvanın fikri idi. Və bu bəyanatdan bir neçə gün sonra bir nəfər (Paşinyan nəzərdə tutulur) qərar verdi ki, üçtərəfli bəyanatda belə qeyd olunmayan torpaqları (Ermənilər bu dəfə də dezinformasiya yayırlar. Yeni alternativ yol təhvil verildikdən sonra Laçın dəhlizində olan bütün yaşayış məntəqələri Azərbaycana qaytarılır), əraziləri təhvil vermək lazımdır. İndi "planka"nın aşağı salınmasının nə demək olduğu artıq aydındır", - deyə Ovannisyan vurğulayıb.
Onun sözlərinə görə, ərazilər erməni xalqının fikri alınmadan qanunsuz olaraq (Azərbaycan torpaqları, eləcə də Laçın 30 ildən çoxdur ki, qanunsuz olaraq işğalda saxlanılır) verilir.

"Nikol Paşinyan vətən xainidir. O, ərazi bütövlüyünü, suverenliyini, vətəndaşların həyatını və təhlükəsizliyini təmin etmək üçün konstitusiya andını pozub.

Əvvəllər ona açdığımız həyat yolunu, indi də öz əlimizlə bağlayacağıq. Qurbanlarımız olacaq və bu qurbanların günahkarı vətəndaş Paşinyan olacaq", - "İrs" Partiyasının lideri yekunlaşdırıb. (Bizim.media)

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər