Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Ən çox oxunanlar
Sorğu

Zəngilanın baş planı açıqlanıb

Baxılıb: 4181     Tarix: 06-08-2022 21:17   

Zəngilan şəhərinin özünəməxsus simasını formalaşdırmaqdan ötrü baş planda tarixi abidələrin, ətraf mühitin qorunması nəzərdə tutulub və müasir yanaşmalar tətbiq edilib. Zəngilan şəhəri kiçik mərtəbəli binalardan və fərdi yaşayış evlərindən ibarət olacaq.
Sumqayitfakt.Az “report”a istinadla xəbər verir ki, bu barədə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib.
Xüsusi nümayəndə qeyd edib ki, işğal illərində Zəngilanın ekosisteminə vurulan zərəri aradan qaldırmaq məqsədilə rayon ərazisində indiyədək 2 000 çinar ağacı və 1 000 kiloqrama yaxın palıd toxumu əkilib. Minalardan təmizlənmiş Ağalı kəndinin yerində “ağıllı kənd” konsepsiyasına uyğun olaraq yeni və müasir qəsəbənin salındığını xatırladan xüsusi nümayəndə əlavə edib ki, bu yaşayış məskənində 200 ev, uşaq bağçası, məktəb və bir neçə inzibati binanın inşası başa çatdırılıb, 150 evin, iki və üçmərtəbəli binaların tikintisi davam etdirilir.
Artıq 41 ailənin 201 üzvünə evlərin açarlarının təqdim edildiyi, qəsəbədə məşğulluq probleminin olmadığı, sakinlərin əksəriyyətinin işlə təmin olunduğu vurğulanıb. Dayanıqlı kənd təsərrüfatının, turizm potensialının inkişafı üçün əlverişli mühitin olduğu, yerli və xarici sərmayənin yatırılması nəticəsində müxtəlif layihələrin artıq həyata keçirilməyə başladığı bildirilib. Zəngəzur dəhlizinin bir parçası olan və əlverişli coğrafi mövqeyə malik Zəngilanın bölgədə mühüm logistika məkanına çevriləcəyinə diqqət cəlb edilib.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər