Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu

Azərbaycan antiterror əməliyyatı keçirdi - Şəhidimizin qisası alındı

Baxılıb: 446     Tarix: 03-08-2022 17:55   

Azərbaycan Ordusu bu gün keçirdiyi cavab tədbirləri ilə şəhidimizin qisasını alıb.

Sumqayitfakt.Az-ın “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, Azərbaycan Ordusu tərəfindən antiterror əməliyyatı keçirilib.
Terrorçuların artilleriya hərbi hissəsi və bir postu darmadağın edilib. Erməni tərəfində ölən və yaralananlar var.

Son günlər baş verənlər, eləcə də Ermənistan tərəfinin açıqlamaları və provokasiyaları gərginliyin baş verəcəyinə dəlalət edirdi. Belə ki, Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan Laçın dəhlizi ilə bağlı Ermənistan ərazisi haqda danışırmış kimi açıqlamalar verirdi.

Qeyd edək ki, bu gün Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərinin qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən intensiv atəşə tutulması nəticəsində əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.
Haqqin.az nəşri isə bu gün Azərbaycan Ordusu tərəfindən keçirilən antiterror əməliyyatının “Qisas” adlandırıldığını yazıb.
Ermənistan KİV yazır ki, qanunsuz erməni silahlı birləşmələrinin dörd hərbçisi ölüb, daha 15-i yaralanıb.
Təmas xəttindən gələn müxtəlif tipli xəbərlərlə bağlı Qazet.az-a açıqlama verən Müdafiə Nazirliyinin Mətbuat Katibi Anar Eyvazov bildirib ki, "Bu barədə məlumatı dəqiqləşdirib mətbuata xəbər verəcəyik".





Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər