Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu

"Avroparlament təmsilçiləri Prezidentinin haqlı tənqidlərdən nəticə çıxarmalıdırlar" - Aqil Məmmədov

Baxılıb: 356     Tarix: 21-07-2022 11:14   

“Prezident İlham Əliyevin Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin nümayəndə heyətini qəbul edərkən söylədiyi fikirlər istər ikitərəfli münasibətlər baxımıdan, istərsə də, Azərbaycanın haqlı mövqeyinin çatdırılması üçün çox sərrast və effektiv fikirlər idi. Hesab edirəm ki, Avroparlamentin təmsilçiləri Azərbaycan Prezidentinin səsləndirdiyi haqlı tənqidlərdən nəticə çıxarmaq üçün istifadə edəcəklər. Çünki, Azərbaycan Avropa qurumları və ümumən Avropa məkanı ilə əməkdaşlıqda, inteqrasiyada maraqlıdır".

Sumqayitfakt.Az bildirir ki, bu fikirləri Milli Məclisin deputatı Aqil Məmmədov söyləyib.
Millət vəkilinin sözlərinə görə Prezidentin çıxışında səsləndirdiyi iradlar xalq tərəfindən də rəğbətlə qarşılanıb: "Çünki, cənab Prezidentin də dediyi kimi, təşkilat nümayəndələri ilə sonuncu dəfə beş il əvvəl görüşsə də, bu müddət ərzində Avropa Parlamenti ilə Azərbaycan arasında münasibətlərdə hansısa irəliləyiş olmayıb. Avropa Parlamenti Azərbaycana münasibətdə davamlı olaraq kəskin və qərəzli mövqe tutub. Ona görə, Azərbaycan Prezidenti çox dəqiq bir müqayisə apararaq dedi ki, ölkəmizə qarşı bu qərəzli qətnamələri sanki Avropa yox, Ermənistan Parlamenti qəbul edir. Halbuki, Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində çox önəmli rol oynayır. Xüsusilə, indiki, geopalitik və iqtisadi böhran dövründəş Bəs, Ermənistanın Avropa üçün əhəmiyyəti nədə özünü göstərir, nə ilə ehtiva olunur?  Avropa Komissiyasının Prezidentinin Azərbaycana uğurlu  səfəri oldu. Von der Leyen Azərbaycanı etibarlı tərəfdaş kimi səciyyələndirdi və tərəflər arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalandı. Yəni Avropa İttifaqı İlham Əliyevin şəxsini və Azərbaycanı qitənin enerji təhlükəsizliyinin etibarlı təminatçısı kimi qəbul edir. Eyni zamanda Avropa İttifaqı Şurası Azərbaycana bölgədə sülh və sabitliyin qarantı kimi yanaşır və şəxsən Prezident Şarl Mişel Azərbaycan Prezidentinin yaratdığı yeni reallığın şərtləri daxilində sülh və sabitliyin bərqərar olması, Azərbaycan və Ermənistan arasında yekun sülhə nail olmaq istiqamətində ciddi səylər göstərir. Üstəlik, Şarl Mişelin səyləri ilə həyata keçirilən Brüssel prosesi 30 il ərzində təcrübədə tətbiq olunan diplomatik prosesləri içində hələ ki, ən effektiv olanı təsiri bağışlamaqdadır. Amma təəssüf ki, Avropa Parlamenti Avropa İttifaqı Şurası və Avropa Komissiyasından fərqli olaraq İttifaq mənafeləri və ilk növbədə Avropa xalqlarının maraqlarını heçə sayaraq tamamilə əks qütbə çəkilib qərəz, kin və nifrət yuvasına çevrilməyi üstün tutub". 
A.Məmmədov bildirib ki, Avropa İttifaqı və Avropa Komissiyasının Azərbaycanla çox effektiv münasibətləri fonunda Avropa Parlamentinin özünü təcavüzkar Ermənistanın Parlamenti kimi aparması bütövlükdə Avropa məkanı üçün təhdiddir: “Təsadüfi deyil ki, Prezident İlham Əliyevin qəbulunda dövlət başçımızın sərt tənqidindən sonra Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAlister qeyd etməli oldu ki, Bakıya gəlişləri Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərə verdiyimiz əhəmiyyətin göstəricisidir.  Avropa məkanı ilə Azərbaycan münasibətləri üçün daha vacib olan platforma Avropa Parlamenti yox, məhz bütövlükdə Avropa İttifaqıdır. Azərbaycanla Avropa İttifaqı arasında isə yüksələn xətt üzrə inkişaf edən siyasi və iqtisadi əlaqələr mövcuddur. Bu aspektdə Avropa Parlamenti Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafında problemə çevrilməməlidir, əksinə, bu münasibətlərin inkişafına töhfə verməlidir. Avropa Parlamenti özünü Ermənistan Parlamenti kimi aparmamalıdır”.


Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər