Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu

"Ölkə rəhbərliyinin istəyi və iradəsi digər işğaldan azad edilmiş ərazilərə də qayıdışı təmin edəcək - Aqil Məmmədov

Baxılıb: 454     Tarix: 19-07-2022 15:58   




“Üzərindən 1 il 8 ay keçməsinə baxmayaraq Ermənistan 10 noyabr razılaşmasının bir sıra müddəalarının icrasını, həmçinin, sərhədlərin delimitasiyası ilə bağlı məsələləri məqsədli şəkildə gecikdirir, məğlub tərəf kimi üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir. Prezident İlham Əliyevin 2022-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirədə səsləndirdiyi bəyanatlar Ermənistan üçün bir növ xəbərdarlıq kimi qəbul olunmalıdır”.

Sumqayitfakt.Az bildirir ki, Milli Məclisin deputatı Aqil Məmmədovun fikrincə münasibətlərin normallaşdırılması üçün Azərbaycan bütün platformalarda konstruktiv bəyanatlar səsləndirsə də, Ermənistan tərəfi sanki, vaxt qazanmaq üçün heç bir hərəkətlilik nümayiş etdirmir: “İcra edilməyən məsələlər içərisində ilk növbədə Ermənistan silahlı qüvvələrinə aid bölmələrin Azərbaycanın Qarabağ bölgəsində hələ də qalması və çıxarılmamasıdır. Halbuki, bu tələb üçtərəfli bəyanatda aydın əks olunub. Bu da istər-istəməz regionda təhlükəsizliyə mənfi təsir göstərməkdədir”.
A.Məmmədovun sözlərinə görə Azərbaycan gözlənilən bütün situasiyalara hazırdır: “44 günlük müharibədən dərhal sonra Ali Baş Komandanın əmri və göstərişləri ilə ordumuz öz itkilərini qısa vaxtda bərpa edib, eyni zamanda, ən son silahları da arsenalına daxil edib. Bundan başqa, Hadrut və Kəlbəcərdə Türkiyənin komando xüsusi hərbi bölmələrinin bənzəri olan komando bölükləri yaradılıb. Bu bölüklər ən çətin tapşırıqları icra etməyə hazır olan, xüsusilə, dağ şəraitində hərəkət edən birləşmələrdir. Cənab Prezident Kəlbəcərə sonuncu səfəri zamanı da bu bölüklərin hazırlığını şəxsən yoxladı. Yəni, Azərbaycan istənilən gün öz gücünü bir daha tətbiq etməyə hazırdır. Ona görə də, Ermənistan vaxt itirmək və ya vaxt qazanmaq kimi xülyalara düşməkdənsə, hansısa absurd status iddialarını yenidən səsləndirməkdənsə, Azərbaycan Prezidentinin son mesajlarına diqqət etməlidir. Bu mesajlar Ermənistanı hərəkətə gətirməlidir” – deyə Aqil Məmmədov bildirib.
Millət vəkilinin sözlərinə görə bu gün Azərbaycanda müharibə veteranları, şəhid ailələri, qazilər dövlətin daim diqqət mərkəzindədir: “Bu işlər kortəbii şəkildə deyil, proqram halında həll edilir. Yəni, kiminsə dövlətin yaratdığı imkanlardan, imtiyazlardan kənarda qalması mümkünsüzdür. Sadəcə, bu işlər tədricən həyata keçirilir. Məsələn, müharibədə əlil olmuş demək olar ki, bütün hərbçilər artıq ən müasir protezlərlə təmin olunublar. Cənab Prezident də qeyd etdi ki, “bunlar dördüncü nəsil protezlər - o protezlər ki, insan rahat yaşaya bilər, gəzə bilər, hətta futbol oynaya bilər, qaça bilər. Bu, çox bahalı texnikadır və o texnologiya elədir ki, vaxtaşırı dəyişdirilməlidir. Biz bunu edirik və edəcəyik. Çünki öz sağlamlığını itirmiş hərbçilər dövlət tərəfindən daim qayğı ilə əhatə olunmalıdır. Dövlət bunu edir və yerlərdə məmurlar da bunu heç vaxt unutmamalıdır”. Müharibədən sonra bir çox şəhid ailələrinə və müharibə əlillərinə dövlət tərəfindən mənzillər verildi. Bakı şəhərində bu məsələ artıq tam həll olunacaq. Keçən il 3 min mənzil və fərdi ev verilmişdir, bu il 1500 mənzil və ev verilir. Bütövlükdə, Birinci və İkinci Qarabağ müharibələrinin şəhid ailələrinə və müharibə əlillərinə 12 min 500 mənzil verilib.
İşğaldan azad olunmuş ərazilərdə aparılan işlərə toxunan deputat A.Məmmədov Zəngilan rayonu, Ağalı kəndinin sakinlərini yenidən abad kəndlərinə köçmələri münasibətilə təbrik edib. Bildirib ki, ölkə rəhbərliyinin istəyi və iradəsi digər işğaldan azad edilmiş ərazilərə də qayıdışı təmin edəcək.


Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər