Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu

Qurbanlıqların qiyməti kəskin artdı: Nazirliyin təşkil etdiyi 90-95 manatlıq quzular artıq olmayacaq

Baxılıb: 371     Tarix: 07-07-2022 14:10   


İyulun 9-10-da qeyd olunacaq Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışı yerləri açıqlanıb.

Sumqayitfakt.Az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Agentlikdən bildirilib ki,Qurban bayramı günlərində respublika üzrə 134 ünvanda fəaliyyət göstərəcək qurbanlıq heyvanların satışı və kəsimi yerlərindən 61-də həm kəsim, həm satış, 54-də qurbanlıq heyvanların satışı, 19-də isə yalnız heyvan kəsimi xidmətləri vətəndaşlara təklif olunacaq.
Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən yararlana bilərlər.
Həmin satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar sifarişçilərə təqdim olunacaq.

Bəs hazırda bazarda qurbanlıq heyvanların qiymətləri nə yerdədir?

Qeyd edək ki, bir neçə il öncə, əvvəl İqtisadiyyat Nazirliyinin, sonralar isə Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi qurbanlıqlar artıq olmayacaq. O zaman 90-95 manata satılan quzuların gətirilməsi dayandırılıb. 
İndi sırf bazar siyasətinə uyğun olaraq, diri çəkidə qoyunun 1 kiloqramının qiyməti 6.90-7.50 manat arasında dəyişir. Təqribən 30 kiloqram gələn qoyunun minimum 15 kilo təmiz ətinin olduğu bildirilir. Belə olan halda, 30 kiloqramlıq bir qoyunun qiyməti təqribən 207-225 manat arasında, bir kiloqram ətin qiyməti isə təqribən 14-15 manat arasında dəyişir. Qoyunu diri çəkidə almaq istəməyənlər isə kəsdirib təmiz ətinin pulunu ödəyə bilərlər.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər