Meymunçiçəyinə yoluxanların 99 faizi kişilərdir - ÜST
Baxılıb: 460 Tarix: 04-07-2022 19:35

Son 2 həftədə meymunçiçəyi virusuna yoluxanların sayı üç dəfə artıb.
Sumqayitfakt.Az xəbər verir ki, bu haqda Ümumdünya Səhiyyə Təşkilatı məlumat verib.
ÜST-ün məlumatına görə, virusun mərkəzi Avropadır və qitədə 4500-dən çox yoluxma halı var.
"Xəstələrin əksəriyyəti 21-40 yaş aralığındadır və 99 faizi kişidir".
Bildirilib ki, yoluxma sayı sürətlə artsa da, hələ də meymunçiçəyi virusundan ölən olmayıb.
"Virus dünyanın 31 ölkəsində aşkarlanıb və yoluxma hallarının ümumi sayı 5300-dən çoxdur".
Qeyd edək ki, Türkiyədə də bir nəfərdə meymunçiçəyi xəstəliyinin aşkarlandığı açıqlanıb.
Sumqayitfakt.Az
loading...
Ən çox oxunanlar