Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu

Bundan sonra da ölkəmiz ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına qarşı mübarizə aparmağa davam edəckdir

Baxılıb: 470     Tarix: 04-07-2022 12:08   

Müşfiq Məmmədli,
Milli Məclisin üzvü


Bildiyimiz kimi, Qoşulmama Hərəkatı (QH) Soyuq Müharibə dövründə bir sıra dövlətlərin iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün təsis olunub. 
Təşkilatın hazırda 120 üzvü var. Eyni zamanda 17 müşahidəçi dövlət və 10 müşahidəçi beynəlxalq təşkilat da var. Qurumda idarəçilik rotasiya əsasında dəyişir. Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına üzv qəbul olunub. 2019-2022ci illər üçün QH-na sədrlik Azərbaycan Respublikasına keçdi və daha sonra bu təşkilata sədrlik 2023-cü ilin sonunadək uzadıldı.  
Azərbaycan  təşkilata sədrlik etdiyi dövrdə "Bandunq prinsiplərini" əsas götürəcəyini bəyan etmişdir. Ölkəmizin qoşulmama Hərəkatına sədrliyi  pandemiya şəraiti ilə üst-üstə düşməsinə rəğmən Azərbaycan bu vəzifənin də öhdəsindən məharətlə gəlməyi bacardı.  Ölkərə tibbi və humanitar yardımla bağlı hazırlanmış məlumat bazası Ümundünya Səhiyyə təşkilatı tərəfindən geniş istifadə olunmuşdur. Bundan əlavə cənab prezident İlham Əliyevin göstərişi ilə 80-dən çox ölkəyə humnitar və tibbi yardım edilmiş, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları ianə verilmişdir. Peyvəöndlərin dövlətlər arasında ədalətli və bərabər şəkildə tədarük edilməsində göstərdiyi səylər BMT tərəfindən dəstəklənmiş və yüksək qiymətləndirilmişdir. Azərbaycan dövləti bundan sonra da ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya və ayrıseçkiliyə qarşı mübarizə aparmağa davam edəckdir. 30 il boyunca torpaqları işğal altında qalan, beynəlxalq hüquqları ədalətsiz bir şəkildə tapdalanan Azərbaycan dövləti torpaqlarını beynəlxalq hüquq normaları çərçivəsində azad etməyə çalışdı. Lakin nə Ermənistan BMT-nin qəbul etdiyi beş qətnaməni yerinə yetirdi, nə də bəzi dünya dövlətləri Azərbaycanın haqlı savaşında ona dəstək oldu. Azərbaycan öz gücü ilə işğala son verərək torpaqlarını azad etdi və nəinki öz hüquqlarının bərpasında, eyni zamanda beynəlxalq hüququn qələbə çalmasında mühüm rol oynadı. Dünya dövlətlərinin göz yumduğu, son verə bilmədikləri işğalı Azərbaycan dövləti cənab ali Baş Komandan İlham Əliyevin başçılığı ilə bitirdi və regionda, bütün Qafqazda sülhün yenidən bərqərar olması üçün, Qafqaz dövlətlərinin inkişaf etmələri üçün böyük imkanlar açdı.
Torpaqlarımızın  işğalına son verən Vətən övladlarımızın – Şəhidlərimizin ölməz ruhları, Qazilərimizin mərdliyi qarşısında hörmətlə baş əyirik.


Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər