Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu

"Azad edilmiş ərazilər 2-3 oliqarx arasında bölüşdürülüb"

Baxılıb: 463     Tarix: 02-07-2022 13:24   





“Qarabağın 1 il 8 ay əvvəl işğaldan azad edilmiş ərazilərində bu günədək aparılan "quruculuq işləri" çərçivəsində söhbət əsasən yolların, hava limanlarının, hotellərin, iaşə və digər biznes obyektlərinin tikintisindən gedir. Bundan başqa həmin ərazilərdən verilən məlumatlarda əkin işlərinin aparıldığı da deyilir”.

 Sumqayitfakt.Az xəbər verir ki, təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu vəziyyətlə baglı fikir bildirib.
“Bu da deyilir ki, bütün işlərə 2-3 oliqarx nəzarət edir. Amma bir sual hələ də açıq qalmaqdadır: işğaldan azad edilmiş ərazilərə oranın qanuni sakinlərinin köçürülməsi nə vaxta nəzərdə tutulur? Ümumiyyətlə nəzərdə tutulursa, əlbəttə yoxsa tez-tez deyildiyi kimi həmin ərazilər yalnız turizmin inkişafina xidmət edəcək?
Ərazilərdə çalışan mütəxəssislərdən birinin dediyinə görə ən azı yaxın 2 il ərzində də insanların oraya kütləvi köçürülməsi gözlənilmir. Bu da inandırıcı görünür, çünki həmin ərazilərə köçürülməli olanlar əsasən kənd təsərrüfatı sahəsində çalışa bilərlər, torpaqlar isə dediyim kimi artıq 2-3 oliqarx arasında bölüşdürülüb.
Deməli, işğaldan azad olunmuş ərazilərdə məskunlaşdırılacaq insanların (bu, baş verərsə) yaxın perspektivdə yeganə şansı həmin oliqarxların zəbt etdiyi torpaqlarda yaradılan təsərrüfatlarda çalışmaq olacaq. Torpaqların artıq zəbt olunmasına və necə zəbt olunmasına gəldikdə isə əslində burda da vəziyyət qəlizdir.
Belə ki, həmin ərazilər işğal olunanda orada torpaqların özəlləşdirilməsi başa çatmamışdı və deməli, onlara torpaq payı verməmək üçün də tam qanuni əsaslar ola bilər. Qanunsuzluğu qanuna çevirənlərdən, Bakının mərkəzində insanları evindən didərgin salanlardan bunun əksini gözləmək sadəlövhlük olardı.” - Ə. Oruclu qeyd edib.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər