Roma papasından qadınlara qəribə çağırış: “Oğlanlarınızın köynəklərini ütüləməyin”
Baxılıb: 465 Tarix: 01-07-2022 17:09

Roma Papası I Fransisk anaları oğanlarını evlənməyə təşviq etməyə çağırıb.
Sumqayitfakt.Az xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Somerset Live” portalı məlumat yayıb.
I.Fransisk bu sözləri Romada ailə dəyərlərinin qorunub-saxlanmasına həsr olunmuş Beynəlxalq ailə görüşündəki çıxışı zamanı deyib.
“O qədər gənc görürük ki, ailə qurmağa cəsarətləri çatmır, anaları mənə tez-tez deyir: “Bir şey edin, evlənməyən oğlumla danışın, 37 yaşı var. Mən isə deyirəm: senyora, o zaman onun köynəklərini ütüləməyin, onu yola salmaqla bağlı ilk addımınızı atın, qoy, doğma yuvasını tərk etsin”, - deyə pontifik bildirib.
Bundan əlavə, Roma papası gəncləri asan yola getməməyə və çətin anlarda anaları ilə yaşamaq üçün geri qayıtmamağa çağırıb.
Sumqayitfakt.Az
loading...
Ən çox oxunanlar