Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu

Özbək şairlər SUMQAYITDA

Baxılıb: 4126     Tarix: 29-06-2022 14:53   
Azərbaycan Yazıçılar Birliyinin dəvəti ilə ölkəmizşə gəlmiş Özbəkistan Yazıçılar Birliyinin üzvləri, şair-tərcüməçi Gülzirə Şəripova, Gülbahar Səid Qəni və tətcüməçi  Güllalə Ruziyeva ilə Sumqayıt Poeziya Evində görüş keçirilib.
Sumqayitfakt.Az xəbər verir ki, görüşdə şəhərimizin ədəbi mühitinin tanınmış simaları, jurnalistlər və digər qonaqlar iştirak ediblər. 





Tədbiri giriş sözü ilə Poeziya Evinin direktoru, şair-tərcüməçi İbrahim İlyaslı açaraq qonaqları salamlayıb, Azərbaycan-Özbəkistan ədəbi əlaqələri haqqında geniş məlumat verib, soy-kökü eyni olan millətin dostluğu, birliyi, həmrəyliyi üçün ədəbiyyatın, poeziyanın ən yaxşı təbliğat vasitəsi olduğunu vurğulayıb. 


Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev çıxışında qeyd edib ki, xalqlarımız arasında qarşılıqlı mədəni əlqələrin qurulması və inkişafı olduqca əhəmiyyətli və vacibdir.
Sonra Gülzirə Şəripovaya və Gülbahar SƏid Qaniyə Poeziya Evinin "Fəxri qonağı” diplomu təqdim edilib.








"Manevr.az" Media Qrupunun rəhbəri Namiq Dəlidağlı öz növbəsində Azərbaycan - Özbəkistan ədəbi əlaqələrindən danışıb, gələn qonaqlara diplom və xatirə hədiyyələri təqdim edib.

Qələm sahiblərindən Ofeliya Babayeva, Rafiq Oday, Nazilə Gültac, Natəvan Dəmirçioğlu, Hümbət Quliyev, Almaz Sahilə, Aida Eyvazlı, Gülnarə Cəmaləddin, Əli Nəcəfxanlı, Gülbahar Haqverdiyeva,  Xatirə Fərəcli, Şahməmməd Dağlaroğlu,  Aləm Kəngərli, Asif Asiman, Mədaxil Cavadlı  və başqaları qardaş ölkə şairlərinin şəhərimizə təşrif buyurmasından sevindiklərini bildirib, öz şeirlərini səsləndiriblər.
Sonda özbək qonaqlar yaradıcılıqlarından nümunələr söyləyib, Azərbaycan ədəbiyyatını, mədəniyyətini ürəkdən sevdiklərini, görüşdən çox məmnun qaldıqlarını ifadə ediblər. 

İlhamə Məhəmmədqızı

(Şəkillər Şakir Rəhmanındı)

Sumqayitfakt.Az











Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər