Sumqayıtlı gənc müəllimin uğurları
Baxılıb: 2226 Tarix: 22-06-2022 10:39

Sözsüz ki, təhsilin keyfiyyəti müəllimin bilik və bacarığından asılıdır. Bu gün müasir dövrümüzün tələblərinə uyğun təhsilə yeni yanaşmalar tətbiq olunmağa başlayıb. Gənc müəllimlərimiz müasir təhsilin tələblərini daha tez mənimsəyir və tətbiq edir.
Sumqayitfakt.Az xəbər verir ki, belə müəllimlərdən biri də Sumqayıt şəhər 38 saylı tam orta məktəbin informatika müəllimi Gülnar Əlövsət qızı Allahverdiyevadır. O bu sahədə bir çox uğurlara imza atıb.
Amerika Riyaziyyatçıları Konqresinin keçirdiyi müsabiqənin qalibi olub, Avropa Təbiət Elmləri Akademiyasının Fəxri İxtiraçısı adına layiq görülüb. Eləcə də, bu il media tərəfindən keçirilən «Şuşa-270» layihəsinin mükafatçısı olub. Gülnar müəllimənin bu uğurları şagirdləri tərəfindən müvəffəqiyyətlə davam etdirilib. Belə ki, 1 may 2022-ci il tarixində Bakı şəhərində keçirilən "ALPLogo- 2022" proqramlaşdırma olimpiadasında onun xüsusi olaraq hazırlaşdırdığı iki şagirdi - 38 saylı tam orta məktəbin şagirdi Zəhra Niyazlı 1-ci yer və Sumqayıt şəhər TETG şagirdi Yusif Cahangirzadə 3-cü yeri tutub. Bununla bağlı olaraq müəllimə də xüsusi olaraq mükafatlandırılıb.
Biz də öz növbəmizdə, qazandığı uğurlara görə, Gülnar müəlliməni və şagirdlərini təbrik edirik.
Nigar Nəriman
Sumqayitfakt.Az
loading...
Ən çox oxunanlar