Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu

Neçə-neçə ürəyə sevinc paylayırsınız, ağxalatlı həkimlər!

Baxılıb: 495     Tarix: 17-06-2022 19:41   


İnsan həyatı, onun sağlamlığı bəşəriyyəti düşündürən əsas məsələlərdən biri olub. Xəstəliklərin müxtəlif fəsadlar törətməsi bəzən gözlənilməz nəticələrə gətirib çıxarır.
Ölümün qara pəncəsi hansısa bir xəstənin başı üzərində dayanan zaman isə ağ xalatlı həkimlərimiz sanki Ulu Tanrı tərəfindən göndərilmiş xilaskar mələklərə çevrilirlər. Hippokrat andına sədaqətini fəaliyyətində nümayiş etdirən, insanlara daim şəfa verən, onların ömürlərini uzadan adlı-sanlı terapevtlərdən biri haqqında söhbət açmaq istəyirəm. Özü də həkimlərin peşə bayramı günündə söhbət açmağım daha yerinə düşür.
Ofelya Rzabala qızı Rzayeva Bakışəhərində ziyalı ailəsində göz açıb. Paytaxtın 31 saylı orta məktəbini bitirib. 1977-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub. 1983-cü ildə ali təhsilini başa vuraraq təyinatla Sumqayıt şəhərinə göndərlib. Həmin müddətdən indiyədək 3 nömrəli şəhər poliklinikasında, hazırkı 6 nömrəli Ailə Sağlamlıq Mərkəzində terapevt işləyir. 4-cü mikrorayon sakinlərinə xidmət edir. Ofelya xanımın şərəfli və məsuliyyətli həkimlik peşəsinə yiyələnməsində valideynlərinin böyük rolu olub. O, çaışdığı müddət ərzində bir çox ictimai vəzifə də daşıyıb. Baş həkim Leyla Qafarova bizimlə söhbəti zamanı Ofelya həkimin işindən böyük razılıq hissi ilə danışdı, onun vəzifəsinin öhdəsindən layiqincə gəldiyini xüsusilə vurğuladı. Ofelya xanım kimi həkimlərin səhiyyə sahəsində çoxluq təşkil etməsini arzuladı və qeyd etdi:
-Ofelya Rzayeva malik olduğu sahəni mükəmməl bilir, ona müraciət edənlərin sevimlisinə çevrilir. Ona nəinki Sumqayıtdan, eləcə də Bakıdan və respublikamızın digər şəhər və rayonlarından xəstələr böyük ümidlə müraciət edirlər. Müqəddəs peşəsinə qəlbən bağlı, həkim adını daim uca tutan Ofelya xanım əsl ziyalı kimi bilik və bacarığını sərf etməklə, yorulmadan çalışmaqla sözünə, əməlinə də sadiqdir. Mehribanlığı və peşəkarlığı ilə cəmiyyətdə özünəməxsus hörmət və nüfuz qazanaraq o, tibb sahəsindəki bir çox nailiyyətləri təcrübədə tətbiq edir, yeni nəsil nümayəndələri ondan nümunə götürür, iş prinsipi ilə yaxından tanış olurlar. Daim öz üzərində çalışır, mütaliə edir, müasir tibbi biliklərə yiyələnir. Yeni-yeni müalicə üsullarını bacanqla tətbiq etməyə çalışır. 
Həmişə də narahatdır,  harasa tələsir. Tələsir  ki, xəstələrin imdadına tez çatsın, insanların itirilmiş sağlamlığını, həyat ritmini daha tez bərpa etsin. Xüsusən də kollektivimizin dərin hörmət və rəğbətini qazanıb.
Sonra biz Ofelya həkimin qəbulunda olan xəstələrə yaxınlaşdıq. Ofelya həkimin qəbulundan məmnunluqla ayrılan xəstə Sürəyya Allahverdiyevaya özü bizə yaxınlaşdı. O, bizə həkim haqqında ürək dolusu danışdı və sonra bunları əlavə etdi:
-Həm yaxşı həkim, həm də sadə insandır. Məni həyata qaytarıb. Xəstəliyimin diaqnozunu düzgün qoyaraq, yüksək səviyyədə davam edən müalicəm müsbət nəticələnib. Tezliklə sağlamlığıma qovuşmam arzumu gerçəkləşdirib.



Bəli, Ofelya həkim xalqımızın sağlamlığı keşiyində durmağı ilə fəxr edir. O, həmişə kimsəsiz və imkansız xəstələrə, şəhid ailələrinə, qazilərə təmənnasız xidmət göstərir, onlara əsl həkim fədakarlığı ilə yanaşır. Yüksək savadı və peşəkarlığına görə həm işlədiyi kollektiv, həm də xəstələr arasında böyk nüfuz qazanıb. Ofelya xanım sənətindən söhbət düşəndən həmişə belə deyir:
- Öz sahəmi çox sevirəm. Xəstələrimin çöhrəsində inam və sevinc işığı görəndə hədisiz sevinirəm. İlk növbədə onları dinləməyi bacarıram. Onlar hər zaman xoş sözə, yaxşı münasibətə ehtiyac duyurlar. Çalışıram səmimiyyət, yaxşı rəftar göstərim, diqqət və qayğımı əsirgəməyim. Hazırda Azərbaycanda tibb sahəsi yüksək inkişaf edib. Bu, bizi nəinki bir həkim, hətta bir vətəndaş kimi də sevindirir. Respublkamızın rəhbərliyi, Səhiyyə Nazirliyi, şəhər İcra Hakimiyyəti, Sumqayıt Tibb Mərkəzi rəhbərliyi tibbin inkişafına hərtərəfli dəstək olmaqla mümkün imkanlardan istifadə edir. Ölkə başçımız cənab İlham Əliyevə, birinci vitse-Prezident Mehriban xanım Əliyevaya biz tibb işçilərinə göstərdiyi diqqət və qayğıya görə minnətdarıq. Şəhər rəhbərimiz Zakir Fərəcov da layiqli mütəxəssislərə düzgün qiymət verir və onları dəyələndirir. Bütün bunlardan ruhlanaraq biz həkimlər daha həvəslə işləyir, xalqımızın sağlamlığı keşiyində layqincə durmağa çalışırıq.
Bir çox uğurlar əldə edən, işlədiyi kollektivin dərin hörmətini qazanan Ofelya həkim dəfələrlə Təşəkkürnamə və Fəxri Fərmanlara layiq görülüb. Bilik və bacarığını gənc həkimlərə həvəslə öyrədir. Vətəndaşların həmişə sağlam və gümrah olmasını arzulayan, bu yolda bütün səy və bacarığını əsirgəməyən bir savadlı mütəxəssis kimi gördüyü işlərlə, yüksək intellektual potensialı ilə hər kəs tərəfindən sevilir. Bu gülərüz, təəssübkeş həkim ailə başçısı olan ömür-gün yoldaşı Hümbət müəllimlə firavan günlərini yaşayır. Ona gələcək məqsədyönlü fəaliyyətində daha böyük sevinclərə nəsib olmasını arzulayırıq!
Yekunda Ofelya həkimin timsalında bütün ağxalatlılara həsr etdiyim mənsur şeirimi ərməğan edirəm:
Həyatı gözəlləşdirirsiniz təbiəti gözəlləşdirən gül-çiçək kimi. Ömrə nur çiləyirsiniz nurlu günəş kimi. Neçə-neçə ürəyə sevinc paylayırsınız xeyirxah müjdəçi kimi, ağxalatlı həkimlər!
Naümid baxışlara, nigaran doğmalara, üzüntülü körpəyə, gəncə, qocaya, bir sözlə, Sizə gümanı, ehtiyacı olanlara, Sizə tapınanlara bir vüqar rəmzi, bir çıraq, bir dayaqsınız, ağxalatlı həkimlər!
Sizdən şəfa tapanların, xoş diləyə çatanların, saf istəyə qovuşanların minnətdarlıq hissidir ən böyük qazancınız!
Sağlam, gümrah görünmək hər kəsin diləyidir. Bu diləklə də Sizə üz tutanlara diqqət və qayğınız Sizi daha ucadan uca, doğmadan doğma edir. Bu inamı, bu etibarı qazanmağınız, şərəflə və fərəhlə sağlamlıq keşiyində dayanmağınız, şəfqət bəxş etməyiniz bəndəyə xoş olduğu qədər də Tanrıya xoşdur! Tanrı sizi qorusun, ağxalatlı həkimlər, dağ vüqarlı həkimlər!



İlhamə MƏHƏMMƏDQIZI,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər