Qeyri neft məhsullarının ixracı: Gürcüstanda Azərbaycandan 5 dəfə çoxdur
Baxılıb: 647 Tarix: 17-06-2022 19:01

Bu ilin yanvar-may aylarında qeyri neft-qaz sektoru üzrə Azərbaycandan xarici ölkələrə 1 milyard 188 milyon 67,1 min dollar dəyərində mallar ixrac olunub.
Sumqayitfakt.Az açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, bu ümumi ixracən 7,1%-nə bərabər olub.
Azərbaycan əhalisinin 10 milyon 173,2 min nəfər olduğunu nəzərə alsaq, adambaşına düşən qeyri-neft məhsullarının ixracı 116,8 dollara bərabər olub.
Müqayisə üçün qeyd edək ki, bu ilin yanvar-may ayında qonşu Gürcüstanda qeyri-neft məhsullarının ixracı 2 milyard 91,9 milyon dollar, əhalinin sayı isə 3 milyon 688,6 min nəfər olub. Nəticədə yanvar-may ayında Gürcüstanda adambaşına düşən qeyri-neft məhsullarının ixracı 567,1 dollar təşkil edib.
Sumqayitfakt.Az
loading...
Ən çox oxunanlar