Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu

Azərbaycanlı blogerə sui-qəsddə şübhəli bilinən şəxslərin saxlanıldığı bildirilir

Baxılıb: 447     Tarix: 15-06-2022 21:40   




İyunun 14-də səhər saatlarında Fransa polisi Anje şəhəri yaxınlığında iki nəfəri həbs edib. Sərhədsiz Reportyorlar təşkilatının bəyanatında deyilir ki, onlar bloger Məhəmməd Mirzəliyə sui-qəsd cəhdində şübhəli bilinirlər.
Sumqayitfakt.Az Turan-a istinadən xəbər verir ki, bu iki şəxs çərşənbə axşamı gömrük əməkdaşları tərəfindən saxlanılıb.
Biri tapança ilə silahlanmış azərbaycanlı, o biri türk əsilli moldovalıdır. Hər ikisi Polşada qeydiyyatda olan avtomobildə olub. Onların GPS-i bloqqerin ev ünvanını göstərib, telefonlarında isə onun şəkli var. Onlardan biri əvvəllər 2018-ci ildə Kiyevdə adam oğurluğuna görə həbs edilib. Bu şəxslərin adları açıqlanmır.
Şərqi Avropa və Mərkəzi Asiya departamentinin rəhbəri Janna Kavelie deyib ki, hər şey Məhəmməd Mirzəliyə üçüncü sui-qəsdin hazırlandığını göstərir.
Həbs edilənlərin birisinin əlində Kalaşnikov avtomatı olan profilindəki şəkildə: “Mən buradayam” yazılıb. Uzun müddətdir Azərbaycan rəhbərliyini kəskin tənqid edən bloger deyir ki, o hər gün, xüsusən də “YouTube”da bu tip mesajlar alır.
Mirzəliyə artıq iki sui-qəsd, o cümlədən 2021-ci ilin martında Nantın mərkəzində (bıçaqlanma) olub. Aprelin sonunda bu hücuma görə üçü Azərbaycandan olan dörd kişi məhkum edilib.
Fransa məhkəmələrində blogerə qarşı Azərbaycan prezidentinin yaxınları tərəfindən iddialar qaldırılıb. Sərhədsiz Reportyorlar təşkilatının bəyanatında deyilir ki, ötən həftə ölkənin keçmiş iqtisadiyyat nazirinin müavininin ona qarşı açdığı böhtan iddiası rədd edilib.
Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər