Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu

Yüzlərlə alimi Şuşaya aparmaq adı ilə ALDATDILAR

Baxılıb: 383     Tarix: 09-06-2022 13:03   
Yüzlərlə alimi Şuşaya aparmaq adı ilə ALDATDILAR
AMEA-nın bir qrup aliminə qarşı dələduzluq edilib.
AMEA-nın əməkdaşı, Filoloqiya elmləri üzrə fəlsəfə doktoru Vüsalə Ağabəyli  açıqlamasında bildirib ki, Əlvan Cəfərov adlı şəxs onlara Şuşada elmi konfrans təşkil edildiyini deyib, alimlər də böyük həvəslə bu konfransda iştirak etmək istəyiblər. Konfransda iştirak ödənişli əsaslarla olub. 450 nəfərdən 70 manatdan pul yığıldıqdan sonra iyunun 8-də səfərə çıxmalı olan alimlərə bildirilib ki, seçim aparılıb, Şuşaya 100 nəfər gedəcək: "Sabah yola çıxacağımız ərəfədə bəlli olub ki, cəmi 100 nəfər seçilmiş alim bu gün gediblər. Kim seçib, necə seçib bu başqa sualdır. Və bu sualların da cavabı aydınlaşacaq. Gedənlərin içində bir ailədən 4 nəfər üzvü və alim olmayanlar da var. İndi də yazıb ki, heç kim ödənişini geri istəməsin. Xeyirdimi? Hər adamdan 70 manat almaq və onu qaytarmamaq bu qədər asandırmı? 370 nəfərdən 70 manat alanda 25 900 manat edir”.
AMEA-nın baş elmi işçisi Səltənət Ağayeva isə  açıqlamasında qeyd edib ki, bütün bu olanlardan sonra Əlvan Cəfərovla əlaqə saxlaya bilmirlər: "Hər dəfə telefona cavab verən xanımı Əlvanın məşğul olduğunu qeyd edir, telefonu bağlayır. Məsələ yalnız pulda deyil. Biz hamımız iş adamlarıyıq. Səfərə çıxacağıq deyəndə buna hazırlaşırıq. Məqalələr yazırıq, icazə alırıq. Ən son məqamda bizə deyilir ki, alınmadı. Nə ödəmələr geri qaytarılmır, nə də bu seçimin hansı əsasda aparıldığı deyilir. Əlvan Cəfərov ortaya çıxmasa polisə müraciət edəcəm. Bizə deyir qazi ailələri də gəldi deyə yer olmadı. Elmi konfransda qazi ailələri olmur axı”.Səfərin təşkilatçısı kimi təqdim edilən Əlvan Cəfərov isə Lent-az-a açıqlamasında bildirib ki, o bu məsələdə texniki işçidir: "Ödənişlərin hamısı geri qaytarılacaq. Sabah səhər AMEA-da sözügedən konfransın açılışı olacaq".lent.az

Sumqayitfakt.Az





Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər