Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Ən çox oxunanlar
Sorğu

Sevil Gül Nur "Şuşa Qartalı" adlı kitabını təqdim etdi

Baxılıb: 4332     Tarix: 28-10-2021 23:57   
Sevil Gül Nur "Şuşa Qartalı" adlı kitabını təqdim etdi


Bu gün Sevil Gül Nurun "ŞUŞA QARTALI" adlı kitabının təqdimatı keçirildi.

Sumqayitfakt.Az xəbər verir ki, tədbirdə şəhidin ailə üzvləri, doğmaları, şəhid anaları, şairin qələm dostları və müxtəlif iş adamları iştirak ediblər. Tədbirin aparıcısı yazıçı-şair Nəcibə İlkin idi.

Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər bütün şəhidlərimizə rəhmət, şəhid analarına səbr diləyib, müəllifə yeni-yeni yaradıcılıq uğurları arzulayıblar.



Sevil Gül Nur (Məmmədova) 1982-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Cəlilabad rayon Privolnoye kəndində alib. Bakı Sənaye-Pedoqoji Kollecinin İbtidai təhsil fakültəsini bitirib. İlk şeiri 2006-cı ildə "ədalət və Həqiqət" qəzetində dərc olunub. Şeir və məqalələri müntəzəm olaraq yerli və xarici mətbuatda, saytlarda, bir çox antologiyalarda dərc olunur. "Sən və mən" adlı şeirlər, "Şəhadət sarayı" və "Qələbə eşqiylə böyüyən kapitan" adli tarixi-publisistik kitabların müəllifidir.

Yaradıcılıq uğurlarına görə "İlin vətənpərvər şairi”, "Qızıl qələm", "Natəvan", "Ədəbiyyat səfiri" ədəbi və media mükafatlarına layiq görülüb. "Yurd" ədəbi bədii, elmi-publisistik jurnalin xüsusi müxbiridir.

"Şuşa Qartalı" adlı şeirlər kitabı müəllifin sayca 4-cü kitabıdır.
Kitabın redaktoru tanınmış şair Balayar Sadiq və Gülnarə İsrafildir.



"Şuşa Qartalı" adlı kitab İkinci Qarabağ müharibəsi şəhidi Məmmədəliyev Saday Rza oğluna həsr olunub.



Qeyd edək ki, Məmmədəliyev Saday Rza oğlu 1998-ci il mart ayının 1-də Naxçıvan MR-nın Ordubad rayonunun Darkənd kən dində doğulmuşdu.



Orta təhsilini Aza kənd məktəbində aldıqdan sonra hərbi xidmət üçün Şahbuz rayonuna yollanıb. Hərbi xidmətini xüsusi təyinatlı olaraq etmişdir. Hərbi xidmət müddəti bitdikdən sonra hərbiyə olan marağına görə hərbidə qalıb MAXE olaraq Vətənə xidmətini davam etmişdir.
27 sentyabrda başlayan II Qarabağ muharibəsində iştirak etmək üçün oktyabrın 11-i ön cəbhəyə yollanıb.



İlk döyüşü Füzulinin azadlığı uğrunda olur. Füzulidən sonra Xocəvənd və Cəbrayılin azadlığı uğrunda döyüşür.
Noyabrın 6-sı Vətənimizin incisi, illərdir həsrəti ilə qovrulduğumuz Şuşa şəhərində gedən döyüşlərdə qəhrəmancasına döyüşür. Noyabrın 7-si Şuşanın azadlığı uğrunda gedən döyüşdə şəhadət şərbətini içərək şəhidlik zirvəsinə yüksəlir.



Saday Məmmədəliyev şəhadət zirvəsinə ucaldıqdan sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Vətən uğrun da" medalları ilə təltif olunmuşdur.

Allah rəhmət etsin! Ruhun şad olsun!



Vüsal Ağa
Sumqayitfakt.Az









Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər